Mojo.az Banner
15:59 Bu yolda sürət həddi endirildi  |     15:22 Trampın ikihəftəlik atəşkəs qərarından sonra qızıl və gümüş bahalaşıb  |     15:21 Prezidentin vəzifəyə təyin etdiyi Xalid Əhədov kimdir? - DOSYE  |     15:19 Ukraynanın sabiq baş nazirinin istintaqı başa çatdı  |     14:27 Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibi genişləndirildi  |     13:59 Tanınmış müğənninin anası qızının ölümünə səbəb olan sürücünü bağışladı  |     13:46 "Crocus City Hall" terrorçularının ilkin hədəfi başqa obyekt olubmuş  |     13:32 Eltisini əməliyyat edərək ölümünə səbəb olan mərkəz direktoru HƏBS OLUNDU  |     13:11 Metronun iki stansiyasını birləşdirən avtobus xəttində GEDİŞ PULSUZ OLA BİLƏR  |     13:09 Bakıda GÜCLÜ KÜLƏK: Yol polisi piyada və sürücülərə müraciət etdi  |     12:45 Gürcüstanda adam öldürməyə cəhddə təqsirləndirilən Azərbaycan vətəndaşı saxlanıldı  |     12:36 İşlədiyi evdən 30 min manatlıq oğurluq edən şəxs saxlanılıb  |     12:17 Kamilo Duran Azərbaycan çempionatları tarixinə düşdü  |     12:02 Azərbaycanda altı nəfər restoranda ZƏHƏRLƏNDİ  |     11:51 Naxçıvanda yeddi minə yaxın abonent qazsız qalıb  |     11:46 Mingəçevirdə avtomobil restorana çırpıldı - Üç nəfər xəsarət aldı  |     11:25 Qobustanda FACİƏ: 9 yaşlı oğlan öldü  |     11:20 Bakıda müəllimə vəfat edib - FOTO  |     11:16 İrandan Azərbaycana indiyədək 3 379 nəfər təxliyə olunub  |     23:02 Torpaq sürüşməsi kəndlərlə əlaqəni kəsdi - Video  |    
Left Banner
Right Banner

Azərbaycanın qış turizmi ilə bağlı hədəfləri açıqlanıb

14.11.2023 18:55 1 233
Azərbaycanın qış turizmi ilə bağlı hədəfləri açıqlanıb
Azərbaycanın qış turizmi ilə bağlı hədəflər açıqlanıb.

Dövlət Turizm Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ölkə üzrə hava şəraitindən asılı olaraq adətən dekabr ayının 15-dən etibarən qış mövsümünə start verilir:

“Hər il olduğu kimi bu il də Dövlət Turizm Agentliyi olaraq hədəfimiz ölkəyə daha çox əcnəbi qonağın cəlb edilməsinə nail olmaq, hədəf bazarlarda müvafiq təbliğat işlərini artırmaq, hədəf ölkələrin coğrafiyasını genişləndirmək, eləcə də sənayenin fəaliyyətinə dəstək göstərmək, yeni turizm məhsullarının yaradılmasına nail olmaqdır. Bütövlükdə qış mövsümündə də təbiət, mədəni, sağlamlıq, qastronomik və digər ənənəvi turizm istiqamətləri üzrə işlər davam etdirilir. Cari ilin yanvar-oktyabr ayları üzrə ölkəyə 1 724 218 xarici ölkə vətəndaşı səfər edib. İlin sonuna kimi Azərbaycana səfər edənlərin sayının iki milyon nəfərə çatmasını proqnozlaşdırırıq. Həmçinin qış mövsümünün davamı olaraq növbəti ilin yanvar-mart aylarında da bu illə müqayisədə artımın olacağı proqnozlaşdırılır. Ümumilikdə isə növbəti il üçün bu illə müqayisədə xarici ziyarətçilərin sayında 20 faiz artım olması hədəflənir”, - deyə qeyd edilib.

Məlumatda bildirilib ki, hazırda ölkə üzrə 3 əsas qış turizm mərkəzi - “Şahdağ” Turizm Mərkəzi, “Tufandağ” Qış-Yay Turizm Kompleksi və Naxçıvan Muxtar Respublikasında yerləşən “Ağbulaq” İstirahət Mərkəzi turistlərə xidmət göstərir:

“Qış turizm destinasiyalarına daha çox MDB ölkələri və Yaxın Şərq regionundan olan turistlər üz tuturlar. Həmçinin Avropa bazarından olan turistlərin də daha çox səfərlərinin təmin edilməsi istiqamətində işlər aparılır. Müasir infrastruktura malik qış turizm mərkəzlərinin mövcudluğu ölkəmizdə qış idman növləri üzrə beynəlxalq tədbirlərin keçirilməsinə şərait yaradır. Qeyd edək ki, Azərbaycan 2024-cü ildə Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (“International Ski Mountaineering Federation” - ISMF) Plenar Assambleyasına və xizək alpinizmi üzrə beynəlxalq yarışa ev sahibliyi edəcək”.

İşğaldan azad edilmiş ərazilərdə qış turizmi ilə bağlı işlərə gəlincə isə, qeyd edilib ki, Kəlbəcər və Laçın rayonları qış turizminin inkişaf etdirilməsi üzrə geniş potensiala malikdir. Qış aylarında havanın temperaturu, yağıntılı və qarlı günlərin sayı, relyef, dağın hündürlüyü və meylliliyi kimi amillər nəzərə alınaraq bu ərazilərdə qış turizm mərkəzlərinin yaradılması məqsədəuyğun hesab edilə bilər.

“Xüsusilə Kəlbəcərin sağlamlıq turizm potensialı da nəzərə alınaraq turizm resurslarının bir ərazi ətrafında paralel inkişafı müxtəlif seqmentli turistlərin cəlb olunmasına, həmçinin beynəlxalq praktikada olduqca geniş istifadə olunan sağlamlıq turizmi və dağ-xizək mərkəzlərinin birlikdə turizm klasteri formalaşdırmasına şərait yarada bilir. Hazırda mart ayından etibarən Şuşaya təşkil olunan turlar davam etməkdədir. Yaxın gələcəkdə Suqovuşan istirahət parkı və Talış kəndinə turistik turların təşkil edilməsi planlaşdırılır” - deyə vurğulanıb.скачать dle 11.3
Mojo.az Banner