Mojo.az Banner
19:12 Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlanıb – fəaliyyəti nəzarətə götürüldü  |     19:10 Kişilərin saçı yaş artdıqca niyə tökülür? – Əsas səbəb nədir?  |     19:04 Tanınmış türkiyəli müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü  |     18:54 Milli Məclisdən Avropa Parlamentinə etiraz: Daxili işlərimizə qarışmayın  |     18:43 Mərakeşli və iki əfqan Azərbaycan-Gürcüstan sərhədində saxlanıldılar  |     18:07 Müdafiə Nazirliyində mənimsənilmiş dövlət vəsaitinin 12 milyon manatını general qaytarıbmış  |     18:05 Azərbaycandan Gürcüstana kiloqramlarla qiymətli metal keçirmək istədi - Foto  |     17:30 Cəbrayılda mina partlayışı: Xəsarət alan var  |     17:26 PKK Türkiyədən tamamilə çıxdı  |     16:13 Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib  |     16:05 Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi  |     15:51 Səbuhi Əliyevə vəzifə verildi  |     15:35 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı (Yenilənib)  |     15:33 Binə qəsəbəsində qətl törətməkdə təqsirləndirilən şəxsə məhkəmə ağır cəza verdi  |     15:32 Paşinyan: "Türkmənistanda İlham Əliyevlə təmaslar ola bilər"  |     15:26 Paşinyan Zəngəzurda saxlanılan əsgərimiz barədə: "Biz onu həmin gün qaytara bilərdik"  |     15:21 İranda ekoloji böhran Azərbaycana çata bilərmi?  |     14:52 Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq  |     14:50 Berdiməhəmmədov: "Mərkəzi Asiya və Azərbaycan formatı iqtisadi və texnoloji inkişaf üçün ilkin şərtlər yaradır"  |     13:41 Berdiməhəmmədov: "Türkmənistan Azərbaycanda görüşün hazırlanmasına köməklik göstərəcək"  |    
Mojo.az Avto
Mojo.az Avto

KİV: Silahlı dəstələr Qəzza banklarından azı 120 milyon dollar oğurlayıb

19.06.2024 20:51 2 130
KİV: Silahlı dəstələr Qəzza banklarından azı 120 milyon dollar oğurlayıb
Bəziləri Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən dəstəklənən silahlı dəstələr son iki ayda Qəzza zolağının banklarından təxminən 120 milyon ABŞ dolları həcmində nağd pul oğurlayıblar.

Median.Az 
TASS-a istinadən xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Nəşrin əldə etdiyi BMT hesablamalarına görə, HƏMAS tərəfindən qismən dəstəklənən dəstələr Qəzzanın şimalında yerləşən bank kassalarından nağd pulun azı üçdə birini oğurlayıblar. Bildirilir ki, maliyyə qurumları oğurlanmanın qarşısını almaq üçün əvvəlcədən ayrı-ayrı seyfləri beton konstruksiyalarla əhatələndirməklə 240 milyon ABŞ dollarına yaxın vəsaiti qoruya biliblər.

Ən böyük bank qarətləri aprelin 17 və 18-də baş verib. Bundan bir qədər əvvəl Fələstin Bankı filiallarından birinin anbarına beton töküb. Lakin hadisə şahidinin sözlərinə görə, dəstə aprelin 17-də onu partladıb və həmin gün 31 milyon ABŞ dolları oğurlanıb. Aprelin 18-də isə silahlı qruplar təxminən 36 milyon dollarlıq ikinci böyük oğurluğu həyata keçirərək pulun Qəzzada ən yüksək orqanın göstərişi ilə müsadirə edildiyini iddia ediblər.

Qəzet qeyd edir ki, soyğunlar fonunda İsrail rəsmiləri oğurlanmış vəsaitlərin bir hissəsinin HƏMAS yaraqlıları tərəfindən istifadə oluna biləcəyindən narahat olduqlarını bildiriblər. Xatırladılıb ki, İsrail daha əvvəl Qəzza zolağına nağd pul idxalına məhdudiyyətlər qoyub və bu, qıtlığa səbəb olub. İddialara görə, yerli sakinlər Qəzza zolağının mərkəzi hissəsində bankomatdan istifadə etmək üçün pul ödəməli olurlar və orada yalnız bir neçə işlək nağd pul aparatı qalıb.скачать dle 11.3
Mojo.az Banner