Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:54 Azərbaycanın Suriyaya ixracı 388 milyon dolları ötüb | 17:46 Həbsdən çıxandan sonra yenə oğurluğa qurşandı - Gəncədə samovar və təkər oğrusu tutuldu | 17:31 İslam Rzayevlə bağlı qərar verildi | 17:19 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı | 17:01 Lənkəranda avtomobil 10 yaşlı uşağı vuraraq öldürüb | 16:59 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiqlədi | 16:40 Valideynlərin cibinə, uşaqların dərs yükünə daha bir zərbə: Yeni imtahan təklifi | 16:16 "TikTok"da telefon satışı adı ilə dörd nəfəri aldadıb pullarını qumara qoydu – Cəzalandırıldı | 16:13 Orta aylıq maaşla Bakıda ev almaq: "50 il lazımdır" | 16:08 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi | 15:01 Deputat Fazil Mustafa QHT-lərlə bağlı yeni qaydaları izah etdi: Məqsəd nədir? | 14:58 Vilyam Hacıyev azadlığa buraxıldı | 14:49 Müştəri avtoservisdə ustanın beş min manatını oğurladı | 14:33 Skuter sürənlərə məcburi dəbilqə tələbi mikromobilliyə zərbə vura bilər - AÇIQLAMA | 14:22 Həyətyanı torpaqlara çıxarış almaq asanlaşır - Parlament razılıq verdi | 13:52 Axtarışda olan şəxsi gizlətməyin cəzası AÇIQLANDI | 13:22 Ordubadda itkin düşən şəxs Türkiyədə tapıldı | 13:17 İnsan öldükdən sonra onu təhqir edənləri nə gözləyir? – İlahiyyatçıdan AÇIQLAMA | 12:54 Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi tarix açıqlandı | 12:48 Məleykə Abbaszadə tələbələrin şikayətini nəzarətə götürdü, işçi qrup yaratdı |
Mojo.az Avto
Mojo.az Avto

"YouTube"da yeni funksiyalar: Süni intellekti işə saldı

15.06.2024 13:57 1 506
"YouTube" tərtibatçıları test rejimində izləyicilər və məzmun yaradıcıları arasında qarşılıqlı əlaqəni təkmilləşdirməyə yönəlmiş bir sıra yeni funksiyaların istifadəyə verildiyini elan ediblər.

Bu barədə "Google"un dəstək saytında mesaj dərc olunub.

Yeniliklər arasında hazırda məhdud sayda ingilisdilli istifadəçi üçün əlçatan olan canlı yayımlar üçün süni intellekt xülasəsi mövcuddur. Bu funksiya çatda mesajları təhlil edir və əsas məqamları vurğulayır ki, bu da xüsusilə aktiv çatı olan yayımlar üçün faydalıdır.

Bəzi "Android" smartfon sahibləri artıq "Google Lens" proqramında "YouTube" videolarındakı təsvirlər əsasında axtarış verə bilərlər.

Bloqerlər üçün iki yeni funksiya təqdim edilib. Bu funksiyalara kanal üçün QR-kod yaratmaq, mobil cihazlardan abunə olmağı asanlaşdırmaq və "Shorts" videoları yaratmaq üçün bir sıra effektlər dəsti aiddir. Hələlik yeni effektlər yalnız seçilmiş məzmun yaradıcıları üçün əlçatandır, lakin "YouTube" bu il ərzində onu bütün istifadəçilər üçün əlçatan etməyi planlaşdırır.

Mənbə: Support.google.com

Son xəbərlər