Mojo.az Banner
11:38 Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular  |     11:37 Netanyahudan XƏBƏRDARLIQ: "Seçki ərəfəsində İsrailə hücum cəhdləri ola bilər"  |     11:34 Ürək xəstələri üçün YENİ ÜMİD: Tibbdə tarixi addım atıldı  |     11:18 Elektrik avtomobilləri servislərə niyə az müraciət edir? – Açıqlama  |     11:14 Kürdəmirdə DƏHŞƏT: Eyni kənddə iki nəfəri ildırım vurub öldürdü - VİDEO (Yenilənib)  |     11:00 Bakıda 62 yaşlı kişi parkda öldü  |     23:01 Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub - FOTO  |     22:53 Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq  |     22:48 Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA  |     22:40 Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı  |     22:35 Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb - FOTO  |     22:28 Bakıda kişi sükan arxasında öldü  |     22:23 Bürclərə bağlılıq: Maraqlı psixoloji əlaqə  |     22:16 Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü  |     22:11 Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı  |     22:02 Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək  |     21:57 Kərə yağı ucuzlaşır – İqtisadçı səbəbləri açıqladı  |     21:50 “ChatGPT”nin yeni modelində təhlükəsizlik problemi aşkarlandı  |     21:42 Narın içində qurd yoxdur, amma yenə də çürüyür  |     21:37 "215"dən şikayət: “Pilləkəndə sıxılıb qalırıq, qapılar zorla bağlanır” – VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Çexiyada qatarlar toqquşdu: 4 nəfər ölüb, 22 nəfər yaralanıb

06.06.2024 21:29 885
Çexiyada qatarlar toqquşdu: 4 nəfər ölüb, 22 nəfər yaralanıb
Çexiyada sərnişin qatarının kimyəvi maddələr daşıyan yük qatarı ilə toqquşması nəticəsində 4 nəfər ölüb, 22 nəfər yaralanıb.

Çexiyanın paytaxtı Praqadan Slovakiyaya 300-dən çox adamla yola düşən sərnişin qatarı yerli vaxtla saat 23:00 radələrində Pardubice şəhərində yük qatarı ilə üzbəüz toqquşub.

Bölgəyə yanğınsöndürmə briqadası, xilasetmə və tibb qrupları göndərilib. Yanğınsöndürmə idarəsindən verilən məlumata görə, dəhşətli qəzada 4 nəfər ölüb, 22 nəfər yaralanıb.
Bildirilib ki, kimyəvi maddələr daşıyan yük qatarının ilk iki vaqonu boş olduğundan təhlükəli materialın sızması olmayıb. Maşinistlərin sağ olduğu və toqquşmanın sərnişin qatarını idarə edən maşinistin səhvi ucbatından baş verə biləcəyi bildirilib.

Çexiyanın Baş naziri Petr Fiala sosial media hesabında etdiyi paylaşımda həyatını itirənlərin yaxınlarına başsağlığı verib.
//Bakupost.azскачать dle 11.3
Mojo.az Banner