Mojo.az Banner
22:48 Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA  |     22:40 Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı  |     22:35 Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb - FOTO  |     22:28 Bakıda kişi sükan arxasında öldü  |     22:23 Bürclərə bağlılıq: Maraqlı psixoloji əlaqə  |     22:16 Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü  |     22:11 Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı  |     22:02 Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək  |     21:57 Kərə yağı ucuzlaşır – İqtisadçı səbəbləri açıqladı  |     21:50 “ChatGPT”nin yeni modelində təhlükəsizlik problemi aşkarlandı  |     21:42 Narın içində qurd yoxdur, amma yenə də çürüyür  |     21:37 "215"dən şikayət: “Pilləkəndə sıxılıb qalırıq, qapılar zorla bağlanır” – VİDEO  |     21:30 İnternet olmadan işləyəcək - "WhatsApp"da yenilik  |     21:24 Ermənistan Kərkini qaytarır? - Qriqoryandan AÇIQLAMA  |     21:15 Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı  |     21:10 "Sumqayıt" amerikalı basketbolçunu transfer etdi  |     20:56 Azərbaycanda kuryoz olay: Süni intellekt şöbəsinin əməkdaşlarının kompüteri yoxdur (VİDEO)  |     20:51 Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları  |     20:45 Bibiheybət məscidindən və "Dəniz Mall"ın namaz otağından oğurluq etdi - "Hacı" həbs edildi  |     20:37 Taksidə turistlərlə mübahisə edən 62 yaşlı sürücü 15 gün həbs edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

ABŞ Güləni MİT-ə təslim etdi: FETÖ lideri Türkiyəyə gətirilir?

05.06.2024 16:02 768
ABŞ Güləni MİT-ə təslim etdi: FETÖ lideri Türkiyəyə gətirilir?
FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ABŞ-nin Pensilvaniya ştatındakı malikanəsindən qaçırılması ilə bağlı yayılan xəbərlərdən sonra yeni iddia gündəmə gəlib.

Fətullah Gülənin Türkiyəyə gətirildiyinə dair iddia ortaya atılıb.

Əvvəlki iddialara görə, FETÖ-nün Pensilvaniyadakı malikəsində evlər boşaldılıb, müəyyən ərazilər satışa çıxarılıb və təşkilat daxilində çəkişmələr başlayıb.

Keçən həftə Fətullah Gülənin qardaşı oğlu Ebuseleme Gülən "hoca"mızı qaçırdılar" deyərək Cevdet Türkyolu, Mustafa Özcan, Barbaros Kocakurt, Adil Öksüz və Əkrəm Dumanlının başçılıq etdiyi "baş ucalar" qruplaşmasını ittiham edib. Həmçinin Gülənin öldüyünə dair də iddialar yayılıb.

Qeyd edək ki, FETÖ-nün daxilindəki "baş ucalar" və "mollalar" qrupları arasında "hakimiyyət" mübarizəsi gedir.

Bu xəbərlər fonunda türkiyəli jurnalist Müyesser Yıldız öz yazısında Gülənin Türkiyəyə təhvil verildiyini iddia edib:

"Günlərdir Pensilvaniya ştatındakı malikanəsi boşaldılan və oradan uzaqlaşdırılan Fətullah Gülənin sağlamlıq vəziyyəti müzakirə olunur. "Ölür", "öldü" kimi ifadələr ortaya atılır. Bu gündən gündəmə gələn son iddia isə ABŞ-nin Güləni "Milli İstihbarat Teşkilatı"na (MİT) (Milli Kəşfiyyat Təşkilatı – red.) təhvil verdiyi, təyyarəsinin Türkiyə doğru uçduğu və bu məlumatların hələlik gizli saxlanıldığıdır".

Yayılan bu xəbərlərlə bağlı Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasına sual ünvanlanıb. Xarici Əlaqələr Komissiyasının sədri Fuat Oktay belə bir məlumata sahib olmadıqlarını bildirib.

Mənbə: TAKVİMскачать dle 11.3
Mojo.az Banner