Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Bibiheybət məscidindən və "Dəniz Mall"ın namaz otağından oğurluq etdi - "Hacı" həbs edildi

29.09.2026 20:45 171
Bibiheybət məscidindən və
Bakıda məscid və ticarət mərkəzində iki mobil telefon oğurlayan H.V. barəsində hökm çıxarılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Mingəçevir şəhərində anadan olmuş, əvvəllər məhkum edilmiş H.V. Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi (təkrar oğurluq) ilə təqsirli bilinib.

İttihama görə, H.V. 2026-cı ilin yanvarında Bakı şəhərində yerləşən “Dəniz Mall”ın mənfi ikinci mərtəbəsindəki namaz otağına gedib. Orada bir şəxsin dəstəmaz almaq üçün otaqdan çıxdığını görüb. Həmin şəxsin gödəkçəsinin altında qoyduğu “iPhone 15 Pro Max” markalı mobil telefonu götürərək hadisə yerindən uzaqlaşıb.

Oğurlanan telefonun dəyəri 1700 manat müəyyən edilib. H.V. daha sonra telefonu “28 May” metrostansiyası yaxınlığındakı telefon mağazalarından birində 440 manata satıb. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləyib.

Bundan bir neçə gün sonra H.V. Bibiheybət məscidinə gedərək ikinci oğurluğu törədib. Bu dəfə dəstəmaz alan şəxsin gödəkçəsini asılqanda nəzarətsiz qoymasından istifadə edərək gödəkçənin cibindəki “iPhone 17 Pro” markalı telefonu götürüb.

Məhkəmə zamanı telefonun dəyərinin 3000 manat olduğu müəyyən edilib. H.V. bu telefonu da “28 May” metrostansiyası yaxınlığındakı eyni mağazaya 600 manata satıb.

Telefon mağazasının əməkdaşı məhkəmədə bildirib ki, H.V. özünü “Hacı” kimi təqdim edib. O, hər iki telefonu özünə məxsus olduğunu deyərək satıb. Mağaza əməkdaşı telefonların oğurluq olduğunu bilmədiyini, əks halda onları almayacağını bildirib.

H.V. məhkəmədə özünü qismən təqsirli bilsə də, ibtidai istintaqda verdiyi ifadəni təsdiqləyib və hər iki oğurluğu törətdiyini etiraf edib. Məhkəmə onun ifadələrini digər sübutlarla birlikdə qiymətləndirib.

Məlum olub ki, H.V. daha əvvəl də oğurluq cinayətinə görə məhkum olunub. Şirvan Şəhər Məhkəməsinin 2023-cü il tarixli hökmü ilə o, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və cəzasını 2023-cü ildə başa vuraraq azadlığa çıxıb.

Məhkəmə əvvəlki məhkumluğun ödənilmədiyini nəzərə alaraq yeni cinayətin residiv yaratdığı qənaətinə gəlib və bunu cəzanı ağırlaşdıran hal kimi qiymətləndirib. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməməsi də nəzərə alınıb.

Sonda məhkəmə H.V.-ni Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilərək ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib.

Hökmdə H.V.-nin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Cəza müddəti 2026-cı ilin müvafiq tarixindən hesablanacaq.

Hökm qanuni qüvvəyə minənədək H.V. barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməyib.скачать dle 11.3
Mojo.az Banner