Mojo.az — elanlar
Son Xəbərlər
13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |     13:19 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |    
Mojo.az Avto
Mojo.az Avto

Gələn həftədən ölkədə havanın temperaturu yüksələcək

24.05.2024 20:03 1 413
Gələn həftədən ölkədə havanın temperaturu yüksələcək
Gələn həftədən etibarən ölkə ərazisində havanın temperaturu yüksələcək.

Bunu "Report"a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, hər il olduğu kimi, bu il də yay ərzində isti dövrlərin müşahidə olunması gözlənilir.

“Bu, Azərbaycanın iqliminə xas olan xüsusiyyətdir. 40 dərəcədən yüksək temperatur adətən respublikanın Aran rayonlarında, Naxçıvan MR-da demək olar ki hər il qeydə alınır. Abşeron yarımadasında da son illər bir necə gün ərzində havanın temperaturu 40 dərəcə ətrafında olub, bu Abşeron yarımadası üçün xarakterikdir. 2022-2023-cü illərdə havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 41, Naxçıvan MR və Aran rayonlarında isə 43 dərəcəyədək isti qeydə alınıb", - G.Məmmədova qeyd edib.

O bildirib ki, hazırda davam edən qeyri-sabit havaların gələn həftədən etibarən, daha mülayim və sabit olacağı, temperaturun tədricən artacağı gözlənilir:

“Hava şəraiti ilə bağlı məlumatlar hər gün meteo.az saytında yerləşdirilir”.

Son xəbərlər