Rusiya ordusu Andreyevkaya nəzarəti ələ keçirib
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
"Cənub Qrupu qoşunlarının bölmələri aktiv hərəkətlər nəticəsində Andreyevka yaşayış məntəqəsini ələ keçirib, həmçinin ön cəbhədə mövqelərini yaxşılaşdıraraq, Konstantinovka, Razdolovka və Çasov Yar yaşayış məntəqələri ərazilərində Ukrayna Silahlı Qüvvələrinin 57-ci mexanikləşdirilmiş briqadasının, 105-ci və 118-ci territorial müdafiə briqadalarının canlı qüvvəsi və texnikasına zərər vurublar", - deyə nazirlikdən bildirilib.
