Mojo.az Banner
13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Cənubi Afrika ölkədə asayişi hərbçilərin köməyi ilə qorumağa davam edəcək

22.05.2024 21:51 1 428
Cənubi Afrika ölkədə asayişi hərbçilərin köməyi ilə qorumağa davam edəcək
Cənubi Afrika Respublikası ölkədə asayişi qorumaq üçün ordudan istifadə etməklə bağlı əməliyyatın vaxtını uzadıb.

Median.Az
EWN radiostansiyasına istinadən xəbər verir ki, bu barədə Cənubi Afrika Respublikası Prezidenti Siril Ramafosa milli parlamentə məlumat verib.

Dövlət başçısı qanunun və asayişin qorunması üçün 2023-cü ilin payızında başladılan və bütün ölkə üzrə 2,5 min hərbçinin cəlb olunduğu “Prosper” əməliyyatının təqribən bir il müddətinə - 2025-ci ilin mart ayının sonuna qədər uzadıldığını elan edib. Üstəlik, əməliyyatda iştirak edən hərbçilərin sayının 3,2 min nəfərə çatdırılacağı gözlənilir.

Qeyd edək ki, hərbi bölmələr ölkənin kritik infrastrukturunu, o cümlədən elektrik stansiyalarını qoruyurlar.

Əlavə edək ki, Cənubi Afrika Respublikasında mayın 29-da ümumxalq seçkiləri keçiriləcək. Ölkədə səsvermə zamanı iğtişaşların qarşısını almaq üçün nazirliklərarası Ədliyyə, Cinayətkarlığın Qarşısının Alınması və Təhlükəsizlik Mərkəzi yaradılıb. Buraya Müdafiə Nazirliyinin rəhbərliyi də daxildir.скачать dle 11.3
Mojo.az Banner