Mojo.az Banner
23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiya XİN: “Postsovet məkanında bütün məsələlər qonşular arasında birgə həll edilməlidir”

15.05.2024 11:18 2 145
Rusiya XİN: “Postsovet məkanında bütün məsələlər qonşular arasında birgə həll edilməlidir”
“Qərb ölkələrinin NATO-nun Mərkəzi Asiyada hərbi mövcudluğunu irəli aparmaq cəhdləri regionda gərginliyin artması və xaosla nəticələnəcək”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin News.ru portalına müsahibəsində deyib.

“NATO-nun bölgədəki hərbi mövcudluğunu “Əfqan təhlükəsi” bəhanəsi ilə irəliyə aparmaq cəhdləri gərginliyin artmasından başqa heç nə gətirməyəcək. Anqlosaksonlar hara gəlsələr, orada xaos yaşanır. Bizim mövqeyimiz dəyişməzdir: postsovet məkanında bütün məsələlər qonşular arasında birgə həll edilməli, regionun təhlükəsizliyi kənardan müəyyən edilməməlidir”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

M.Qaluzinin sözlərinə görə, Qərbin strategiyası Rusiyanın tərəfdaşlarını geosiyasi layihəyə cəlb etməklə Moskvanı strateji məğlubiyyətə uğratmaqdır.

M.Qaluzin Qazaxıstanın, Qırğızıstanın, Tacikistanın, Türkmənistanın və Özbəkistanın Rusiya ilə olan ortaq tarixi irsin bütün üstünlüklərini, onilliklər ərzində toplanmış inteqrasiya təcrübəsini, həmçinin Moskva ilə ikitərəfli və çoxtərəfli səviyyədə müvafiq öhdəliklərə sadiqliyin üstünlüklərini anladıqlarına ümid etdiyini ifadə edib.скачать dle 11.3
Mojo.az Banner