Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:24 "Temu" ilə bağlı Dövlət Agentliyindən açıqlama | 18:03 Murad Süleymanov vəzifəsindən azad edildi | 17:25 14 yaşlı bacısı oğluna işgəncə verməkdə təqsirləndirilən falçının məhkəməsi: Zərərçəkmiş nələr danışdı? | 17:24 Gecələr işıqları yanmayan evləri hədəf alan şəxs saxlanıldı | 17:12 Bəzi rayonlara qar yağır - Faktiki hava | 17:00 Zəhmətin qiyməti 19 qəpik: Mövsümi işçilərin qazancı niyə bu qədər azdır? | 16:50 Dənizdə batan 20 yaşlı Nəsrəddinin meyiti tapıldı | 16:38 Adına evi olan şəxslərin NƏZƏRİNƏ | 16:36 Milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisi məhkəmədən vaxt istədi | 16:30 Bakıda iki azyaşlı bacının vəfatı ilə bağlı rəsmi açıqlama | 16:29 Azərbaycan xaricdən 13 milyon dollarlıq plastik tullantısı alıb | 16:10 İslam Rzayevin əmlaklarına həbs qoyuldu - Siyahı | 14:57 Litvanın XİN rəhbəri “Sabah” – “Barselona” oyununu izləyəcək | 14:47 Hacıqabulda qətl: Kürəkən saxlanıldı - Təfərrüat bilindi | 14:31 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq | 14:21 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman | 13:56 Bu gün metro və avtobuslarda gedişhaqqı 1 qəpik olacaq | 13:48 Bağça müəllimlərinin işə qəbulu başlayır | 13:39 Bir pişiyin doqquz canı var, sahibinin isə bir maaşı — KÖŞƏ | 13:36 Bakıda iki azyaşlı bacı vəfat edib |
Mojo.az Avto
Mojo.az Avto

Ərdoğan Yunanıstanın Baş nazirini qəbul edəcək

13.05.2024 18:34 1 557
Ərdoğan Yunanıstanın Baş nazirini qəbul edəcək
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Yunanıstanın Baş naziri Kriakos Miçotakisi qəbul edəcək.

Paralel olaraq iki ölkənin xarici işlər nazirləri, eləcə də kəşfiyyat orqanlarının rəhbərləri arasında görüşlər keçiriləcək.

Danışıqlardan sonra Miçotakis və Ərdoğan birgə bəyanatlarla çıxış edəcəklər. Bu görüşlə liderlər Ankara və Afinanın qarşıdakı dövrdə izləyəcəyi “yol xəritəsi”ni müəyyənləşdirəcəklər.

“Parapolitika” nəşri qeyd edib ki, axşam saatlarında hökumət başçısı Yunanıstana qayıdacaq.

Rəsmi Ankara gözləyir ki, liderlər arasında ikitərəfli danışıqlar zamanı Türkiyə və Yunanıstan arasında dəniz sərhədləri sahəsində mövcud problemlərin həlli yolları, Kipr ətrafındakı vəziyyət, ticarət-iqtisadi münasibət, siyasi və işgüzar qarşılıqlı əlaqələrin inkişafı müzakirə olunsun.

Türkiyə lideri Yaxın Şərq regionundakı vəziyyət üzərində ətraflı dayanmaq və regionun digər münaqişə zonalarını müzakirə etmək niyyətindədir. Tərəflər arasında səhiyyə və tibb elmləri, o cümlədən təbii fəlakətlər və fövqəladə hallar zamanı əməkdaşlıq haqqında sazişlərin imzalanması gözlənilir.

Bundan başqa iki ölkə arasında 6 milyard dollar civarında olan ticarət həcminin 10 milyard dollara çatdırılması üçün atılacaq addımlar qiymətləndiriləcək.

Son xəbərlər