Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:45 Məktəblilərin jurnalistlərə hücumu: Psixoloq problemin kökünə diqqət çəkdi  |     16:27 Bakıda idmançı məşq zamanı öldü  |     16:19 İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq, Bayramov Azərbaycanı TDT sammitində təmsil edəcək  |     15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var  |     15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır  |     14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib  |     14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto  |     14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub  |     13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA  |     13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |     13:24 Son hadisələrdən sonra məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır – AÇIQLAMA  |     13:14 Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq  |     13:09 Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım edib - Foto  |     13:07 Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur  |     12:57 Leyla Əliyeva "Sülh kitabı"nın təqdimatı və ICESCO ilə sazişin imzalanması mərasimlərindən paylaşım etdi - Video  |     12:56 Tanınmış xanım professor vəfat etdi  |     12:56 Gələn il Azərbaycanda iqtisadi artım nə qədər olacaq?  |     12:41 Terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu - Video  |     12:40 Azərbaycan neftinin qiyməti 125 dolları keçdi  |     12:32 Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda yeni doğulmuş uşaqların ölümünə görə həkimlərə cəza verildi

22.04.2024 11:53 1 509
Azərbaycanda yeni doğulmuş uşaqların ölümünə görə həkimlərə cəza verildi
Ağdaş Rayon Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Ziyafət Rüstəmova və Rahilə Xəlilovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Sultanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ziyafət Rüstəmova 1 il 6 ay müddətinə azadlıdan məhrumetmə cəzasına məhkum olunub. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 1 il 6 ay sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub. Rahilə Xəlilova isə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdə qeyd edilib ki, o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin.

Hökmdən narazı qalan şəxslər apellyasiya şikayəti veriblər. Şikayət Şəki Apellyasiya Məhkəməsinin hakimi İmanverdi Şükürovun icraatına verilib. Məhkəmənin ilkin hazırlıq iclası aprelin 23-nə təyin edilib.

Qeyd edək ki, Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və doğum şöbəsində 2022-ci il dekabrın 12-də Gülşən Bağıyevanın ölü uşaq dünyaya gətirməsi, bir neçə gün sonra, yəni dekabrın 25-də isə Əfsanə Hacıyevanın dünyaya gətirdiyi uşağın ölməsi faktları üzrə Ağdaş Rayon Prokurorluğunda cinayət işi başlanıb.

İstintaqla həkim-ginekoloq Ziyafət Rüstəmova və həkim-neonatoloq Rahilə Xəlilovanın Əfsanə Hacıyevaya, həkim Ziyafət Rüstəmovanın isə Gülşən Bağıyevaya göstərdiyi qüsurlu tibbi xidmət səbəbindən yenidoğulmuşların ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında hər iki şəxsə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Son xəbərlər