Mojo.az — elanlar
Son Xəbərlər
19:24 Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanıldı  |     19:15 Salyanda kişini "tok" vurub öldürdü  |     19:10 “Spotify” 50 milyondan çox mahnını sildi  |     19:02 14 rayonda yol təmirində yeyinti: Milyon manatdan çox vəsait büdcəyə qaytarıldı  |     18:40 Vətən müharibəsi qazisinin qətlə yetirilməsinin yeni təfərrüatı  |     18:36 Kimlər dövlət dəstəyi ala bilməyəcəklər? - Siyahı  |     17:27 Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar  |     17:17 Tiktoker "İsican" həbs edildi  |     16:49 Azərbaycanda bəzi mənzillər bahalaşacaq  |     16:29 Xarici ölkə vətəndaşlarının tapşırıqlarını yerinə yetirənlər ələ keçdilər - Əməliyyatın videosu  |     16:27 Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     16:18 Prezident Qazaxıstanla imzalanmış sazişi təsdiqlədi  |     15:49 Müğənni Jony nadir xəstəliyə tutulub  |     15:35 Qalmaqallı generalın polkovnik dostuna qarşı 200 minlik ittiham - TTM-də mütəşəkkil korrupsiya  |     15:18 Hindistanla əməkdaşlıq yeni mərhələyə keçir: Azərbaycan nə qazanacaq?  |     15:14 Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu  |     15:09 Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu - Təfərrüat  |     15:08 Nəqliyyat və rabitə xərcləri təxminən üç dəfə artırılır  |     14:20 Maşınınızı satmağa tələsməyin! Azərbaycanda avtomobillərlə bağlı nə baş verəcək?  |     14:10 İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Abel Məhərrəmov məhkəməyə verildi

19.04.2024 16:17 1 338
Abel Məhərrəmov məhkəməyə verildi
Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib.

“Qaynarinfo” xəbər verir ki, iddiaçı Nazim Fərrux oğlu Əmirovdur.

Onun iddia tələbi torpaq sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməyib. Nazim Əmirov apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılır. İş hakim Fuad Məmmədovun icraatındadır. Mayın 7-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib.

Nazim Əmirov Abel Məhərrəmovla yanaşı, onun xanımı Rəhimə Mahmudovanı, İlqar Nizami oğlu Tağıyevi və Nizami Haqverdi oğlu Tağıyevi də məhkəməyə verib.

İddialara görə, məsələnin kökündə Abel Məhərrəmovun Xaçmaz rayonunun Seyidlikəndyeri kəndindəki hoteli ilə bağlıdır. Bu hotelin tikintisinə 2008-ci ildə icazə verilib.

Rəsmi sənədlərdə tikintinin sifarişçisi kimi Rəhimə Mahmudovanın adı qeyd edilib. Layihəni icra edən isə “Grandproje” şirkəti olub.

Seyidlikəndyeri Nabran qəsəbəsinin yaxınlığında yerləşir və Nabran bələdiyyəsinin ərazisi hesab edilir. Bir neçə il əvvəl mediada yayılan məlumatlarda bildirilirdi ki, Nabranda fəaliyyət göstərən “El Faro hotel Nabran” Abel Məhərrəmova məxsusdur. 200 hektar ərazidə yerləşən obyektin 61 milyon manat dəyərində olduğu iddia edilir.

Baş verənlərlə bağlı Abel Məhərrəmovun mövqeyini öyrənmək mümkün olmayıb.

Son xəbərlər