Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Abel Məhərrəmovla Qarabağ qazisi arasındakı qalmaqalla bağlı yeni QƏRAR

27.06.2024 16:12 774
Abel Məhərrəmovla Qarabağ qazisi arasındakı qalmaqalla bağlı yeni QƏRAR
Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı olmuş Abel Məhərrəmovun adı hallanan torpaq qalmaqalı ilə bağlı apellyasiya mərhələsi yekunlaşıb.

"Qaynarinfo"nun əldə etdiyi məlumata görə, Abel Məhərrəmovu ona məxsus torpaq sahəsini ələ keçirməkdə ittiham edən Qarabağ qazisi, ehtiyatda olan polkovnik-leytenant Nazim Əmirovun apellyasiya şikayəti təmin olunmayıb.

Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən prosesdə hakim Fuad Məmmədov Xızı Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb. Proses zamanı məlum olub ki, iyun ayının əvvəllərində Abel Məhərrəmov Nazim Əmirovla görüşüb. Görüş Abel Məhərrəmova məxsus olduğu deyilən restoranda keçirilib.

Orada keçmiş rektor məsələsinin məhkəmə yolu ilə həll edilməsində maraqlı olmadığını deyib. Abel Məhərrəmov Nazim Əmirovu əmin edib ki, problem yoluna qoyulacaq. Bütün bunları polkovnik-leytenantın özü hakimin diqqətinə çatdırıb.

Nazim Əmirov bildirib ki, o, keçmiş rektora ya zəbt etdiyi 31 sot torpaq sahəsini geri qaytarmağı, ya da əvəzində pul verməyi təklif edib. Abel Məhərrəmov isə problemin həll ediləcəyini bildirib.

Nazim Əmirov məhkəmədən sonra bildirib ki, hüquqi mübarizəsini davam etdirməkdə israrlıdır və Ali Məhkəməyə kassasiya şikayəti verməyə hazırlaşır.

Qarabağ qazisi ilə keçmiş rektor arasında qalmaqalın təfərrüfatlarına gəlincə, Nazim Əmirov 2011-ci ildə Xızının Altıağac qəsəbəsində 2 hektar torpaq sahəsi alıb. 2012-ci ildə isə torpaq sahəsinin müəyyən hissəsi Rəhimə Mahmudovanın adına rəsmiləşdirilib. Abel Məhərrəmovun həmin ərazidə dəbdəbəli villasının olduğu bildirilir.

Nazim Əmirov torpaq sahəsinin zəbt edilməsindən xəbər tutduqda qarşı tərəfə ərazinin ona məxsus olduğunu bildirib, sənədləri təqdim edib. Eyni zamanda, müvafiq qurumlarda dəqiqləşdirmə aparıb. Məlum olub ki, Nazim Əmirov haqlıdır.

Bundan sonra polkovnik-leytenant məhkəməyə müraciət edib.скачать dle 11.3
Mojo.az Banner