Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Qarabağ qazisi ilə Abel Məhərrəmovla bağlı Ali Məhkəməyə müraciət edəcək

20.07.2024 21:08 1 668
Qarabağ qazisi ilə Abel Məhərrəmovla bağlı Ali Məhkəməyə müraciət edəcək
"Abel Məhərrəmovun mənə məxsus torpaq sahəsini hüquqi yollarla geri almaqda israrlıyam".

Bu sözləri Qaynarinfo-ya Qarabağ qazisi, ehtiyatda olan polkovnik-leytenant Nazim Əmirov deyib.

Onun sözlərinə görə, birinci instansiya və apellyasiya məhkəmələrini uduzmasına baxmayaraq, mübarizəsini davam etdirəcək.

"Xızı Rayon Məhkəməsinin qərarı ədalətsiz idi. Buna baxmayaraq, Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxaldı. Əlimdəki sübutlara diqqət yetirən olmadı. Lakin geri çəkilmək niyyətində deyiləm. Ali Məhkəməyə kassasiya şikayəti hazırlayıram. Yaxın vaxtlarda şikayəti təqdim edəcəyik", deyə Nazim Əmirov bildirib.

Polkovnik-leytenant qeyd edib ki, bundan əlavə Məhkəmə-Hüquq Şurasına da müraciət etməyi düşünür.

Nazim Əmirovla Abel Məhərrəmov arasındakı mübahisənin detallarına gəlincə, Qarabağ qazisi 2011-ci ildə Xızının Altıağac qəsəbəsində 2 hektar torpaq sahəsi alıb. 2012-ci ildə isə torpaq sahəsinin müəyyən hissəsi Rəhimə Mahmudovanın adına rəsmiləşdirilib. Abel Məhərrəmovun həmin ərazidə dəbdəbəli villasının olduğu bildirilir.

Nazim Əmirov torpaq sahəsinin zəbt edilməsindən xəbər tutduqda qarşı tərəfə ərazinin ona məxsus olduğunu bildirib, sənədləri təqdim edib. Eyni zamanda müvafiq qurumlarda dəqiqləşdirmə aparıb. Məlum olub ki, Nazim Əmirov haqlıdır.скачать dle 11.3
Mojo.az Banner