Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:17 Göygöldə qanlı dava: 36 yaşlı kişi bıçaqlandı  |     12:08 Nisyə pivə içən qəssab dostunu bıçaqladı - İmişlidəki cinayətin təfərrüatı  |     12:00 İlham Əliyev: "Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"  |     11:59 Dubayda qızıldan piyada yolu salınacaq  |     11:57 Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - Video  |     11:55 Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"  |     11:53 Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək? - Video  |     11:34 İlham Əliyev: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"  |     11:29 Prezident: "Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini verib"  |     11:26 Deputat: “İran nazirinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir”  |     11:17 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı YENİ QƏRAR  |     23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

“Formula-1”ə ayrılan pulları mənimsədi: Milyonluq əmlakına həbs qoyuldu

12.03.2024 13:50 1 395
“Formula-1”ə ayrılan pulları mənimsədi: Milyonluq əmlakına həbs qoyuldu
2015-2020-ci illərdə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib.

Median.Az
Qafqazinfo-ya istinadən xəbər verir ki, Ç.Mehdiyev külli miqdarda dövlət vəsaitini mənimsəməkdə və həmin pulları qanunsuz leqallaşdırmaqda ittiham edilir. Cinayətin üstü Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində açılıb.

Mehdiyevə verilmiş ittiham ondan ibarətdir ki, o, "Formula-1” yarışları ərəfəsində marşallar üçün geyim, ləvazimat, yağçəkən parçalar və digər əşyaları sifariş verərkən malların qiymətini süni şəkildə artırıb. Həmçinin dövlət büdcəsindən ayrılmış pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb. Qiymət şişirtməsi nəticəsində əldə edilmiş pullar isə qəsdən mənimsənilib.

Həmçinin o özünə etibar edilmiş külli miqdarda vəsaiti talamaq niyyəti ilə ofşor zonada - Seyşel adalarında cinayətdən xəbərsiz anasının adına yaratdığı şirkəti "Formula-1” yarışlarının keçirilməsi üçün ixtisaslaşmış təşkilat kimi təqdim edərək müqavilə bağlatdırıb.

İstintaqla Ç.Mehdiyevin ümumilikdə 397 min 852 min manat dövlət vəsaitini mənimsədiyi üzə çıxıb. Bundan əlavə o, əldə etdiyi pulların həqiqi mənbəyini gizlətmək məqsədilə külli miqdarda pul vəsaitlərini xarici banklara köçürərək leqallaşdırıb.
Qeyd olunan əməllərə görə, Ç.Mehdiyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 12.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü ( vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Həmçinin bir milyon manata yaxın qiymətləndirilən əmlakları üzərinə həbs qoyulub.

İstintaq dövründə Ç.Mehdiyev mənimsədiyi məbləğin 100 min manatını dövlət büdcəsinə geri ödəyib.

Təqsirləndirilən şəxs həbsdə deyil. Onun barəsində istintaq dövrü müddətində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Son xəbərlər