Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:56 Naxçıvanda 9 yaşlı uşağı maşın vurdu | 17:45 Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də qovuldu | 17:36 "Green Card"a qeydiyyatı gözləyənlərə pis xəbər | 17:26 Onkoloji xəstə gənc Qurbanov üçün "Qarabağ" mahnısı oxudu - Video | 17:09 Bakıda 55 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanıldı | 16:41 İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı | 16:33 Dövlət qulluğunda islahatlar: Gömrük xidmətində rotasiya qaydaları tətbiq ediləcək | 16:23 Qaxda silsilə oğurluqlar edən şəxs qandallandı | 16:22 Noyabrda hava necə olacaq? | 15:56 Şagirdlərin aqressiv davranışının səbəbləri SADALANDI | 15:31 Selin ziyan vurduğu istiqamətdə qatarların hərəkəti bərpa olunur - Tarix açıqlandı | 15:28 Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb - Foto | 15:24 Maaş kartı ilə bağlı MÜHÜM dəyişiklik: son qoyulur | 15:19 Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb | 15:12 Hər gün avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR | 14:10 Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər | 14:09 Uşaqlarını görmək istəyən qadınla keçmiş qayınanası dalaşdılar | 14:07 Şəxslərə pulsuz hüquqi yardım göstərənlərə dövlət nə qədər ödəniş edəcək? | 13:39 Azərbaycanda məktəbə "Molotov kokteyli" atıldı: İki nəfər həbs edildi - Foto | 13:37 Bakıda iki kişi avtomobili səhv parklamağa görə dalaşdı |
Mojo.az Avto
Mojo.az Avto

65 yaşdan çox olmaqla müqaviləsinin müddəti uzadılmış həkimlərin sayı açıqlanıb

05.03.2024 20:48 1 035
65 yaşdan çox olmaqla müqaviləsinin müddəti uzadılmış həkimlərin sayı açıqlanıb
Azərbaycanda 65 yaşdan çox olmaqla müqaviləsinin müddəti uzadılmış həkimlərin sayı TƏBİB tabeli tibb müəssisələrində çalışan həkimlərin ümumi sayında 12 faiz təşkil edir.

Median.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.

Qeyd edilib ki, Əmək Məcəlləsinin 10-1-ci maddəsinin 3-cü hissəsinə əsasən, elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddətinin müvafiq dövlət orqanı tərəfindən 5 ildən çox uzadılması mümkündür.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən regionda kadr çatışmazlığının aradan qaldırılması, xaricdə təhsil almış həkimlərin dövlət tibb müəssisələrinə cəlb olunması məqsədilə xüsusi proqram icra olunur. Bütün bunlarla yanaşı, pensiya yaşına çatmış həkimlərə xüsusi yanaşma tətbiq olunur. Belə ki, hər bir hal üzrə müvafiq xəstəxanada kadr çatışmazlığı, həkimin peşə bacarıqları və təcrübəsi nəzərə alınmaqla müqavilələr uzadılır, yaxud ixtisas üzrə ehtiyac olan digər xəstəxanalara yönəldilir. Nəzərə çatdırılıb ki, 65 yaşdan çox olmaqla müqaviləsinin müddəti uzadılmış həkimlərin sayı TƏBİB tabeli tibb müəssisələrində çalışan həkimlərin ümumi sayında 12 faiz təşkil edir.//apa.az

Son xəbərlər