Mojo.az — elanlar
Son Xəbərlər
14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda həkimlərin işə qəbulu üçün yeni qaydalar hazırlanır

05.11.2019 11:59 3 040
Azərbaycanda həkimlərin işə qəbulu üçün yeni qaydalar hazırlanır
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həkimlərin işə qəbulu üçün yeni qaydalar hazırlayır.

Bu barədə Trend-ə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Agentlikdən bildirilib ki, hazırda qaydalar layihəsi üzərində iş aparılır. Sənəd təsdiq edildikdən sonra bu barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, hazırda həkimlərin mərkəzləşdirilmiş şəkildə işə qəbulu Səhiyyə Nazirliyi tərəfindən aparılır.

Gələn il yanvarın 1-dən ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi nəzərdə tutulub.

Gələn ildən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri (Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və onun şöbələri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, habelə onun tabeliyindəki dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, Əczaçılıq və Tibb Sənayesi Birliyi, tibb tədris müəssisələri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və onun Masallı rayon filialı, Milli Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər), Respublika Leproz (Cüzam) Xəstəxanası, taun əleyhinə stansiya və şöbələr, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, ailə planlaması məsləhətxanaları və mərkəzləri, ailə və nikah məsləhətxanaları, “Tibb” qəzeti, “Azərbaycan Tibb Jurnalı”, Azərbaycan Respublikası Dövlət Elmi-Tibbi Kitabxanası, Azərbaycan Təbabəti Muzeyi, “Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi” və “Azərtibbtəchizat” məhdud məsuliyyətli cəmiyyətləri, İnnovasiya və Təchizat Mərkəzi, sanatoriyalar və kurort üsulları ilə müalicə edən tibb müəssisələri, Bakı Sağlamlıq Mərkəzi, Talassemiya Mərkəzi və Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti istisna olmaqla) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində yaradılan “Tibbi Ərazi ”Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət göstərəcək.

Son xəbərlər