Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:11 Qazaxda evdə partlayış oldu: Xəsarət alan var  |     16:08 Ucar Mərkəzi Xəstəxanasında mənimsəmə qalmaqalı: Vəzifəli şəxs həbs olundu  |     15:00 57 min manat ziyan vurduğu qadınla barışdı, məhkəmə azadlığa buraxdı  |     14:56 "Qızıl top" uğrunda Keynlə Mbappe arasında mübarizə necə keçib?  |     14:54 İƏT-in Baş katibi: "Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib"  |     14:47 Finlandiya prezidenti: "Azərbaycanın Avropa İttifaqına üzv olmaq şansı var"  |     14:47 İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"  |     14:45 Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqlədi  |     14:43 Prezident: "Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür"  |     14:42 İlham Əliyev: "Bizim hər hansı bir beynəlxalq yardımımız olmayıb"  |     14:41 Prezident: "Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil"  |     14:33 Təhlükəli məhsullarla bağlı YENİLİK: Hansı mallar bazardan yığışdırılacaq?  |     13:51 Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"  |     13:47 "Həzi Aslanov" - "İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub? (Yenilənib)  |     13:45 İlham Əliyev: "Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"  |     13:44 Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb  |     13:31 Necə varlanmaq olar? Pulu banka qoyaq, qızıl alaq, yoxsa istiqraz?  |     13:20 Bakıda yeni park salınır - Foto  |     13:03 Azərbaycan neftinin qiyməti 127 dolları ötdü  |     13:02 "Ceyhun Sabunçu"nu qətlə yetirməkdə ittiham olunan şəxslər başqa cinayət də törədiblərmiş  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu tibb müəssisələri də TƏBİB-in tabeliyinə verilməyəcək (SİYAHI)

03.06.2019 20:24 2 462
Bu tibb müəssisələri də TƏBİB-in tabeliyinə verilməyəcək (SİYAHI)
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 2-ci hissəsinə “Talassemiya Mərkəzi” sözlərindən sonra “B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transplantologiya İnstitutu, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi” sözləri əlavə edilsin.

Prezidentin 2018-ci il 20 dekabr tarixli Fərmanının ikinci hissəsində qeyd edilir:

"2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri (Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və onun şöbələri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, habelə onun tabeliyindəki dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, Əczaçılıq və Tibb Sənayesi Birliyi, tibb tədris müəssisələri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və onun Masallı rayon filialı, Milli Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər), Respublika Leproz (Cüzam) Xəstəxanası, taun əleyhinə stansiya və şöbələr, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, ailə planlaması məsləhətxanaları və mərkəzləri, ailə və nikah məsləhətxanaları, “Tibb” qəzeti, “Azərbaycan Tibb Jurnalı”, Azərbaycan Respublikası Dövlət Elmi-Tibbi Kitabxanası, Azərbaycan Təbabəti Muzeyi, “Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi” və “Azərtibbtəchizat” məhdud məsuliyyətli cəmiyyətləri, İnnovasiya və Təchizat Mərkəzi, sanatoriyalar və kurort üsulları ilə müalicə edən tibb müəssisələri, Bakı Sağlamlıq Mərkəzi, Talassemiya Mərkəzi və Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti istisna olmaqla) TƏBİB-in tabeliyinə verilsin".

Son xəbərlər