Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:53 Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video | 16:49 Günəşdə yenidən partlayışlar qeydə alınıb | 16:42 Prezident İlham Əliyevə təbriklər gəlir | 16:34 Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar | 16:33 Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam | 16:32 Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu | 16:30 Bakıda kişi ona "keçəl" deyən bacısını döydü | 16:28 Səudiyyə Ərəbistanından Azərbaycana göndərilən qurban əti 7 min ailəyə çatdırılacaq | 16:01 İrandan Azərbaycana qanunsuz keçmək istəyən əcnəbilər saxlanıldılar | 14:42 Cəlilabadda 6 kəndin işığı kəsilib | 14:38 "Qazlaşdırılmayan kəndlərə görə meşələr qırıla bilər" - Deputatdan xəbərdarlıq | 14:33 Boşanma vaxtı qadını aldadıb 163 minlik ziyan vurdu - Qərar | 14:30 Göygöldə iki avtomobil toqquşdu, Türkiyə vətəndaşı da yaralandı | 14:22 Türk lirəsi rekord həddə ucuzlaşdı | 14:11 Falçının məhkəməsində zərərçəkən danışdı: "Bu qadına 360 min manatlıq qızıl vermişəm" | 14:00 Gələn il ərzaq bahalaşacaq - Dünya Bankı və BVF-dən yeni proqnozlar | 13:53 "Sabah"ın "Vikinq"ə qarşı oyunu hansı kanalda yayımlanacaq? | 13:46 İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar | 13:29 Paytaxtda yağış və tullantı suları problemi həllini tapır | 13:23 İctimai nəqliyyatda güzəştlər genişləndirilə bilərmi? – Deputatdan AÇIQLAMA |
Mojo.az Avto
Mojo.az Avto

Mingəçevir xəstəxanasında mənimsəmə faktı: Vəzifəli şəxslərə cinayət işi açıldı

04.03.2024 14:04 1 362
Mingəçevir xəstəxanasında mənimsəmə faktı: Vəzifəli şəxslərə cinayət işi açıldı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında mənimsəmə faktı aşkarlanıb, tibb müəssisəsinin vəzifəli şəxsləri barədə cinayət işi başlanılıb.

Mingəçevir Şəhər Prokurorluğundan verilən məlumata görə, xəstəxananın vəzifəli şəxsləri barədə araşdırmalara başlanılıb.

Nəticədə tibb müəssisəsinin vəzifəli şəxslərinin 2021-ci ilin yanvar ayından 2023-cü ilin oktyabr ayınadək olan dövr ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət büdcəsindən ayrılmış pul vəsaitindən 50 000 manatdan artıq vəsaiti mənimsəməsi faktı aşkarlanıb.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə - küllü miqdarda törədildikdə) və 308.1-ci ( Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Son xəbərlər