Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək | 19:21 Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı | 19:05 Şəmkir-Gədəbəy yolunda qəza: Xəsarət alanlar var | 18:47 Sabah Bakıda hava yağmursuz olacaq |
Mojo.az Avto
Mojo.az Avto

Sabiq bələdiyyə sədrinin bacısı barədə yeni cinayət işi başlanıldı

12.02.2024 14:14 1 935
Sabiq bələdiyyə sədrinin bacısı barədə yeni cinayət işi başlanıldı
Dələduzluğa görə bacısı ilə birgə həbsdə olan İlknur Turkut barədə yeni cinayət işi başlanılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İlknur Turkut Binəqədi Rayon Polis İdarəsinə daxil olmuş vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib.

İttihama görə, İ.Turkut zərərçəkmiş Şirin Abbasova oğlunu həbsdən çıxara biləcəyi barədə yalan vəd verib. O, məhkəmə istintaqı davam edən işi həll etmək üçün zərərçəkmişdən 15 min manat pul alıb.

Bu günlərdə toplanmış materiallar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İşi hakim Zamiq Bağırov araşdıracaq.

Qeyd edək ki, Binəqədi Qəsəbə Bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama), İ.Turkut isə 178.3.2-ci (külli miqdarda dələduzluq) maddələri ilə təqsirli biliniblər. İttihama görə, bacılar zərərçəkmiş şəxslərə yalan vəd verərək bir milyon manata yaxın ziyan vurublar.

Son xəbərlər