Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Bələdiyyə sədrinin bacısı ev dustağı olduğu müddətdə hakimlə prokurorun adından pul alıb

01.04.2025 13:19 1 311
Bələdiyyə sədrinin bacısı ev dustağı olduğu müddətdə hakimlə prokurorun adından pul alıb
Bələdiyyə sədri işləmiş bacısı Aytac Əliyeva ilə birgə həbsə məhkum edilmiş İlknur Turkutun cəzası ağırlaşdırılıb.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, o, yenə də dələduzluqda təqsirli bilinib.

İşin maraqlı tərəfi odur ki, İlknur bu cinayəti əvvəlki işinə görə ev dustaqlığında olduğu müddətdə törədib. O, zərərçəkmiş Şirin Abasovu avtoqəzaya görə 5 il 6 ay azadlıqdan məhrum edilmiş oğlunu azad edəcəyi vədi ilə aldadıb.

Bu iş üçün Ş.Abasov müxtəlif vaxtlarda İlknura 15 min manat verib:

"İlknuru uşaqlıqdan tanıyırıq. Oğlumun işini biləndən sonra kömək edə biləcəyini dedi. Bizi inandırdı. Birinci dəfə yanvar ayında 5 min manat verdik. Sonra dedi ki, hakimlə prokurora da 10 min manat çatmalıdır. Söz verdi ki, pulu verən kimi iş həll olunacaq. Həmin pulu da tapıb verdik. Pulu alandan bir neçə gün sonra yenə danışdıq. Dedi ki, lazımi adamlarla danışıb, martın 23-də oğlumu özü evə gətirəcək. Bu söhbətdən sonra isə bir daha onunla əlaqə yarada bilmədik. Nə oğlum azad olundu, nə pulumuzu geri ala bildik. İş açılandan sonra cəmi 500 manat qaytarıb".

Xanım müttəhim zərərçəkmişin dediklərini təsdiq edib. Amma özünü qismən təqsirli bilib. O, azadlığa çıxdıqdan sonra pulun qalan hissəsini də qaytaracağına söz verib.

Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrliyi ilə 13 ay davam edən məhkəmə araşdırması, nəhayət, başa çatıb.

İlknura 2 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Əvvəlki cəzası ilə birləşdirilməklə ümumi cəzası 6 il 6 ay olub.

Zərərçəkmiş şəxsin vurulmuş ziyana görə qaldırdığı mülki iddia da qismən təmin edilib. Belə ki, təqsirləndirilən şəxsdən vurulmuş ziyana görə 14 min 500 manat tutularaq zərərçəkmişə verilməlidir. Mənəvi ziyanla bağlı iddia isə əsaslı sayılmayıb.

Qeyd edək ki, İlknurun bacısı Aytac keçən il rüşvətalma, dələduzluq və sənəd saxtalaşdırma cinayətlərinə görə 7 illik həbsə məhkum edilib.

Son xəbərlər