Mojo.az Banner
SON DƏQİQƏ
19:15 Bərdədə pasiyenti döyən sanitar qadın indi də xəstəxananı şantaj edib  |     19:10 "Qarabağ" - "Neftçi" oyunu başladı - Canlı  |     19:06 Moskvada 103 aviareys təxirə salınıb  |     18:44 Qazaxda avtomobil 12 yaşlı qızı vurdu  |     18:23 Azərbaycanda quş əti və yumurta istehsalı artıb  |     18:10 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb  |     17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |     17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi

05.03.2025 22:57 744
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi
Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turkut) cinayət işi üzrə hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.


APA xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməyib.


Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aytac Əliyeva 7 il müddətinə, İlknur Turkut isə 6 il müddətinə azadlıqdan məhrum edilib. İlknur Turkut məhkəmə zalında həbs olunub. Hökmdə qeyd olunub ki, Aytac Əliyeva 3 il dövlət işində çalışa bilməz.


Xatırladaq ki, Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva bacısı İlknur Əliyeva (Turkut) ilə birgə qızıl alveri etmək məqsədilə vətəndaşlara qarşı 1 milyon manata yaxın dələduzluqda təqsirləndirilirlər.


Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib. İlknur Əliyeva bir müddət sonra ev dustaqlığına buraxılıb.скачать dle 11.3

Son xəbərlər