Mojo.az Banner
21:53 Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi  |     21:48 Mingəçevirdə ASAN Xidmətə işə düzəltmək adı ilə 2 min manat alıb  |     21:40 İşə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə 3 200 manatlıq dələduzluq  |     21:35 Antakyada əməliyyat: Azərbaycanlı qadın deportasiya edildi  |     21:28 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?  |     21:23 Ordumuzun ilk qadın snayperi vəfat etdi  |     21:15 “Təxribatlara uymayaq, əzizlərim!” - Röya  |     21:10 Daha bir dövlət müəssisəsi ləğv edildi  |     21:04 “Barselona” tarixi rekordu təkrarladı  |     21:04 Konteyner gəmisi minaya düşərək batdı  |     20:58 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edildi  |     20:56 Bakı-Qazax yolunda qəza - 6 nəfər xəsarət aldı  |     20:49 İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi  |     20:41 Bu istiqamətə əlavə qatar reysləri təyin edildi  |     20:36 Sabah 29 dərəcə isti olacaq  |     20:29 Kartdan-karta köçürmələrdə yeni komissiyalar: Vətəndaşları nə gözləyir? (AÇIQLAMA)  |     20:24 Süni intellekt bu işləri bizdən alır - SİYAHI  |     20:16 Azərbaycan avrokuboklarda yeni rekorda imza atdı  |     20:08 155 nəqliyyat vasitəsi hərracda satıldı  |     20:02 Səhərlər güclü susuzluq yaşayanların nəzərinə!  |    
Mojo.az Avto
Mojo.az Avto

Ağsuda odlu silah-sursat gəzdirən və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

10.02.2024 13:44 2 625
Ağsuda odlu silah-sursat gəzdirən və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz odlu silah-sursat saxlayan və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, keçirilmiş əməliyyat tədbiri nəticəsində üzərində odlu silah-sursat gəzdirməkdə şübhəli bilinən Ağsu şəhər sakini, əvvəllər də narkotiklərin dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Eldəniz Burcalıyev saxlanılıb.

Onun üzərində daşıdığı bağlamaya baxış keçirilərkən bir ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, eləcə də həmin silaha məxsus beş patron aşkar edilərək götürülüb. E.Burcalıyev ifadəsində həmin silahı tapdığını və gizlətmək məqsədilə yaşadığı ünvandan başqa yerə aparmaq istədiyini bildirib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat tədbiri nəticəsində isə Əli Novruzov saxlanılıb. Şəxsi axtarış zamanı ondan psixotrop maddə olan metamfetamin aşkarlanıb.

Faktlarla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işləri başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
скачать dle 11.3
Mojo.az Banner