Mojo.az Banner
13:38 Suriyadan gətirilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb  |     12:51 Mirziyoyev: "Azərbaycanın sədrliyi ilə C6 formatı yeni impuls qazanacaq"  |     12:42 Rəhmon: "Tacikistan C6-ya sədrliyində Azərbaycanı dəstəkləməyə hazırdır"  |     12:41 Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xəttinin bərpası tenderi baş tutmayıb  |     12:33 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib  |     12:31 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı  |     12:06 Tokayev: "Mərkəzi Asiya və Azərbaycan Avrasiyada geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləridir"  |     12:04 Süni intellekt təhsili dəyişir – Dərs müddəti qısaldıla bilər  |     11:58 Berdiməhəmmədov: "Azərbaycanın C5-ə qoşulması Asiya və Avropa ilə əməkdaşlıq perspektivləri açır"  |     11:54 Bakıda hotellərdən birinin fəaliyyəti dayandırıldı - Video  |     11:51 Səfərbərlik Xidmətinin vəzifəli şəxsi barədə cinayət işi məhkəməyə göndərildi  |     11:44 Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb  |     11:36 Onlayn kreditlərlə bağlı AÇIQLAMA – Bu qədər gözləməlisiniz  |     11:30 Kirayə mənzillər niyə bahalaşır? – Ekspertdən AÇIQLAMA  |     11:23 Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - Foto  |     11:22 Azərbaycan nefti kəskin bahalaşdı  |     11:15 Sürücülük vəsiqəsi üçün kömək vəd etdi, 900 manatını ələ keçirdi  |     11:12 Azərbaycanda məhkum olunmuş şəxslər niyə iş tapa bilmirlər? - Nazirdən açıqlama  |     11:10 Rusiya-Ukrayna müharibəsində azərbaycanlı hərbçi həlak oldu  |     11:00 İş yerini dəyişdirmək istəyən müəllimlər üçün fürsət  |    
Mojo.az Avto
Mojo.az Avto

Ağdaşda quldurluq və narkotik satışı ilə məşğul olan səkkiz nəfər saxlanılıb

17.01.2024 12:44 1 311
Ağdaşda quldurluq və narkotik satışı ilə məşğul olan səkkiz nəfər saxlanılıb
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlərdə keçirilən əməliyyatlar zamanı üzərində qanunsuz odlu silah-sursat gəzdirən, quldurluq edən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 8 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, əməliyyat məlumatı əsasında şöbənin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı üzərində odlu silah-sursat gəzdirmək şübhəli bilinən Kəlbəcər rayon sakini Nicat Yusifov saxlanılıb. Şəxsi axtarış zamanı ondan bir ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus patronlar və sandıqça aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxsin tapançanı bir müddət əvvəl tapdığı və polisə təhvil verməyərək özündə saxladığı məlum olub. N.Yusifovdan götürülmüş odlu silah-sursat ekspertizaya təqdim olunub və ekspertizanın da rəyinə əsasən, silahın atəşə tam yararlı olduğu müəyyən edilib.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbiri nəticəsində isə taksi sürücüsünə qarşı quldurluq edən rayon sakini Araz Yusifov saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma zamanı məlum olub ki, A.Yusifov taksi fəaliyyəti ilə məşğul olan zərərçəkmişin avtomobilinə müştəri kimi əyləşərək Yevlax rayonundan Ağdaşa gəlib. Deyilən ünvana çatdıqda isə kəsici alətlə sürücüyə hədə-qorxu gələrək onun üzərində olan pulunu əlindən alıb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı isə daha altı nəfər saxlanılıb. Onlardan müxtəlif növ narkotik vasitələr aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner