Mojo.az Banner
23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

Ağsuda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər ƏLƏ KEÇDİLƏR

21.02.2024 12:18 2 829
Ağsuda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər ƏLƏ KEÇDİLƏR
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumata görə, əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Eyvaz Eyvazov saxlanılıb.

Onun üzərinə və yaşadığı ünvana baxış keçirilərkən şüşə qablarda saxladığı yarım kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı onun həmin narkotik vasitəni bir neçə il öncə becərdiyi çətənə kollarından əldə etdiyi məlum olub.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən digər əməliyyat nəticəsində isə Nihad Əliyev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən heroin və psixotrop maddə - metamfetamin aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim olunub.

Faktlarla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işləri başlanıb, istintaq aparılır.скачать dle 11.3
Mojo.az Banner