Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:50 Süni intellekt şagirdin əvəzinə düşünməməlidir – Açıqlama | 12:41 Bakıda 37 yaşlı qadın faciəli şəkildə öldü | 12:32 Uşaq pulunun verilməsinə mane olan nədir? – AÇIQLAMA | 12:23 Qubada kişi sevgilisinin adına kredit götürdü, qadınlar dalaşdılar - Təfərrüat | 12:13 Bu rüsum 4 dəfə azaldılır | 11:48 Viski içib maşın sürdü, 7 yaşlı uşağı vurub öldürdü - Təfərrüat | 11:47 Bir cihazdan müxtəlif bank hesablarına giriş mümkün olmayacaq | 11:46 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib | 11:45 Gümüş kəskin ucuzlaşdı | 11:44 Bir nəfərin öldüyü, üç nəfərin yaralandığı dava ilə bağlı şikayət verildi | 11:43 Lənkəranın yeddi kəndində elektrik enerjisinin verilişi müvəqqəti dayandırıldı | 11:42 Analiz vermək adı ilə xəstəxanada keçmiş arvadını öldürən şəxsin işi Ali Məhkəmədə | 11:42 Azərbaycan nefti bahalaşıb | 11:41 Qubada qadını vurub öldürən sürücü tutuldu | 11:40 Çempionlar Liqasında bu gün hansı oyunlar var? - TƏQVİM | 11:34 Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb | 11:32 Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi | 11:25 Azərbaycanda bir neçə zabit milyonyarımlıq yeyintidə ittiham olunur | 11:24 400 tondan artıq təhlükəli toyuq əti - 3 nəfər məsuliyyətə cəlb olunub | 11:16 Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu |
Mojo.az Avto
Mojo.az Avto

Yerdə maqnit qasırğası başlayıb: Mütəxəssisdən tövsiyələr

09.02.2024 15:18 2 700
Yerdə maqnit qasırğası başlayıb: Mütəxəssisdən tövsiyələr
Bu gün, fevralın 9-da Yer kürəsini maqnit qasırğası vurub. Belə ki, Günəşdə M5.18 güclü partlayışdan sonra daha zəif (M3.49) partlayış qeydə alınıb. Bununla belə, son plazma partlayışı əvvəlkinin təsirini gücləndirib - yüklü hissəciklərin axınları birləşib.

Bakı vaxtı ilə 17:00-dan gecə yarısına kimi maqnit sahəsində rəqslərin gücü 3 bal təşkil edəcək. “Çalxalanmalar” isə artıq başlayıb və Bakı vaxtı ilə 17:00-a qədər olacaq. Bu zaman geotəsirlərin gücü zəif maqnit qasırğası üçün xarakterik olan 4 bala çatacaq.

Maqnit qasırğalarından ilk növbədə yaşlılar və uşaqlar, eləcə də immuniteti zəifləyənlər əziyyət çəkirlər.

Maqnit qasırğaları zamanı meteohəssas insanlar nə etməlidirlər:

Gündə ən az 7-8 saat yatmaq;

Qəhvə, siqaret, spirt, enerji içkiləri, yağlı, ədviyyatlı və qızardılmış qidalardan uzaq durmaq;

Mümkünsə, sakit bir mühitdə daha çox vaxt keçirmək, daha tez-tez təmiz havada gəzmək və mənzilləri mütəmadi olaraq havalandırmaq;

Münaqişələrdən və mübahisələrdən çəkinmək - stres qan təzyiqinin artmasına səbəb olur.

Mənbə: MK.ru

Son xəbərlər