Mojo.az Banner
23:01 Beyləqanda kanalda bir nəfər batıb  |     22:54 İsrail "Hizbullah"ın elit bölməsinin komandirini MƏHV ETDİ  |     22:48 Bakıda müəllim küçədə yatdı, hər şeyi oğurlandı  |     22:44 Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi  |     22:42 Bakı-Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var  |     22:20 Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı  |     22:12 Qatlana bilən “iPhone Ultra” ilə bağlı diqqətçəkən iddia  |     22:08 Kartofun üzərindəki izlərə DİQQƏT EDİN – Zəhərlənə bilərsiniz  |     22:04 Mərakeşdə yüzlərlə miqrantın İspaniya anklavına daxil olmasının qarşısı alındı  |     21:57 Avropanın nəhəng çayı quruyur: Su səviyyəsi ANTİREKORD həddə  |     21:28 Bakı metrosunda xətlər ayrılır: İnterval nə qədər azalacaq? - Video  |     21:25 Azərbaycana payız bu tarixdə daxil olacaq  |     21:20 Azərbaycan XİN İndoneziyaya başsağlığı verib  |     21:13 Astarada 60 yaşlı kişi əncir dərərkən öldü  |     21:07 Türkiyədə ağır cinayətlərə görə axtarılırdı: Bakıda SAXLANILDI  |     21:00 "Turan Tovuz" - "Fənərbağça" oyununun məkanı və vaxtı bilindi  |     20:55 Türkiyənin süni intellektlə çəkilən serialı təqdim olundu - VİDEO  |     20:46 İlk dünya çempionu olan boksçu vəfat etdi  |     20:41 Xərçəngə səbəb olan qidalar - SİYAHI  |     20:34 Cənubi Koreya Kim Çen Ina barışıq əli uzatdı  |    
Left Banner
Right Banner

Saxlanılan şəxslərdə üç kiloqram narkotik aşkarlanıb - VİDEO

05.02.2024 13:16 2 826
Saxlanılan şəxslərdə üç kiloqram narkotik aşkarlanıb - VİDEO
Narkokuryerlik etdikləri üçün saxlanılan şəxslərdə üç kiloqram heroin, marixuana və 400 ədəd tramadol həbi aşkar edilib.

Daxili İşlər Nazirliyi xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində paytaxt ərazisində narkokuryerliklə məşğul olan 21 yaşlı Ağabəy Vəlicanov və əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Elxan Həsənov saxlanılıblar. Onlardan ümumilikdə iki kiloqram heroin və bir kiloqram marixuana aşkar olunub. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Şöbə əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat nəticəsində güclü təsiredici həblərin satışı ilə məşğul olan 1948-ci il təvəllüdlü Arif Abasov da saxlanılıb. Həmin şəxsdən ümumilikdə 400 ədəd satışı qadağan olunan tramadol həbi aşkar olunub. Arif Abasovun həbləri əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner