Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Zaurun verilişinin yayımı dayandırıldı

25.01.2024 20:16 2 280
Zaurun verilişinin yayımı dayandırıldı
"ATV" telekanalında yayımlanan "Bizimləsən" proqramının efir yayımı yarımçıq dayandırılıb.

Bu barədə Demokrat.az-a telekanaldan məlumat daxil olub.

Məlumata görə, bu gün "Bizimləsən" verilişinin yayımı zamanı efirdə qeyri-etik hərəkətlərə yol verilib. Baş verən bu haldan dərhal sonra "Bizimləsən" proqramının yayımı yarımçıq dayandırılıb.

Məsələ ilə bağlı "Bizimləsən" verilişinin aparıcısı Zaur Baxşəliyev Demokrat.az-ın telefon zənglərinə cavab verməyib.

Xatırladaq ki, teleaparıcı Zaur Baxşəliyevin müəllifi olduğu "Bizimləsən” verilişinin yayımının dayandırılması ilk hal deyil. Bundan öncə də sözügedən verilişin yayımı dayandırılmışdı və buna görə telekanal cərimələnmişdi.

Son xəbərlər