Mojo.az Banner
22:50 Zaqatalada ağır qəza: bir ailənin 4 üzvü yaralandı  |     22:42 Çörək BAHALAŞACAQ?  |     22:35 “7:2-ni yaddan çıxarmalıyıq" - Qurban Qurbanov  |     22:29 Dünya çempionatı boykot edilə bilər  |     22:28 Paşinyan: Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı referendum hələ gündəmdə deyil  |     22:22 Xanım Tiktoker 10 sutkalıq həbs edildi  |     21:59 Atası ilə Kürdə çimmək istədi - Xəstəxanalıq oldu  |     21:51 Azərbaycanda 172 min manatlıq gəmi satışa çıxarılır  |     21:45 Məşhur aşpaz evində ölü tapıldı  |     21:40 Qaz obyektləri ilə bağlı yeni tələblər qüvvəyə mindi  |     21:23 Bu musiqi məktəbinə Habil Əliyevin adı verildi  |     21:15 "Qarabağ"ın sabiq qapıçısı Türkiyə klubunda  |     21:06 Su xəttinin qəzalı hissəsi yenisi ilə əvəzləndi  |     21:00 İki avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir  |     20:39 Erməniəsilli bloqerin Dubay macərası ekstradisiya ilə başa çatdı  |     20:27 Bakıda törədilən qətllə bağlı yeni detallar: "Haradan bilim ki, çantalarda meyit tikələri var?"  |     19:57 Macarıstandakı səfirimiz də vəzifəsindən geri çağırıldı  |     19:50 İsveçdə 20 gənc futbolçu itib  |     19:40 Azərbaycanda 15 yaşlı qızla evlənən şəxs HƏBS OLUNDU  |     19:29 Göygöldə 11,8 min manatlıq heyvan oğurluğu  |    
Left Banner
Right Banner

Dunya Miyatoviç: "Avropa Şurası Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması üçün çalışmalıdır"

22.01.2024 21:26 1 332
Dunya Miyatoviç:
"Avropa Şurası Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması üçün çalışmalıdır".

"Report"un yerli bürosu xəbər verir ki, bu fikirləri Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bu gün işə başlayan qış sessiyası zamanı bildirib.

"Mən Qarabağa səfərim zamanı gözəl və barışığa böyük ehtiyacı olan təbiət gördüm. Tövsiyəm budur ki, Avropa Şurası iki ölkə arasında sülhün yaranması üçün fəaliyyəti gücləndirsin", - komissar deyib.

D.Miyatoviç vurğulayıb ki, hər iki tərəf etnik mənşəyindən, millətindən asılı olmayaraq insan hüquqlarına hörmət əsasında sülhün bərpası üçün çalışmalıdır.

"Beynəlxalq təşkilatlarin fəaliyyəti yalnız o zaman effektiv olar ki, hər iki tərəf əməkdaşlıq etsin və sülh üzərində birgə işləsin", - komissar əlavə edib.скачать dle 11.3
Mojo.az Banner