Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Fransızların əksəriyyəti Olimpiadanın uğurlu olacağına inanmır

08.01.2024 12:10 2 316
Fransızların əksəriyyəti Olimpiadanın uğurlu olacağına inanmır
Fransada ölkənin 2024-cü il Olimpiadasına uğurla hazırlaşacağına və lazımi qaydada keçiriləcəyinə əmin olan fransızların faizi son üç ayda aşağı düşüb.

Bunu “Odoxa” tədqiqat institutunun bazar günü dərc etdiyi sorğunun nəticələri göstərir.

“Olimpiya Oyunlarının başlamasına 200 gün qalıb, lakin onların təşkili ilə bağlı narahatlıqlar artır və fransızların əksəriyyəti hələ də tikinti işlərinin (vaxtında - red.) başa çatmasından (59%), təhlükəsizliyə (65%,) və nəqliyyata (sıxlıq - red.) (74%) görə narahatdırlar”, - deyə “Odoxa” saytında dərc olunmuş məqalədə qeyd olunub.

Bundan əlavə, idman tədbirlərinin (61%) və açılış mərasiminin (59%) uğurlu olacağına əmin olan fransızların sayı azalıb.

Sorğu həmçinin göstərdi ki, 2024-cü il Olimpiya və Paralimpiya Oyunları fransızlar üçün bu ilin ən gözlənilən idman hadisəsi (35%) olacaq. Respondentlər arasında fransızların 55%-i idmançılarının Olimpiadada yaxşı çıxış edəcəyinə inanır, 64% isə paralimpiyaçılarının uğur qazanacağına əmindir.

Qeyd edək ki, Parisdə Yay Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Mənbə: rsport.ria.ruскачать dle 11.3
Mojo.az Banner