Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Niyə ödənişli yolda sürücülərdən artıq pul alınır?

03.01.2024 20:22 2 514
Niyə ödənişli yolda sürücülərdən artıq pul alınır?
Bir müddət əvvəl istifadəyə verilən Bakı-Quba yolunun ödənişli hissəsindən istifadə edən sürücülər narazıdırlar.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Sürücülər bildiriblər ki, getdikləri yolun məsafəsindən asılı olmayaraq, onlardan artıq ödəniş tələb edilir:

“Əslində giriş zamanı avtomobilin nömrəsi qeyd edilməli, çıxışda yazılan məbləği ödəməliyik. Yeni yolda isə bu nəzərə alınmayıb, standart məbləğ əvvəldən alınır. Əgər fikrinizi dəyişib, gedəcəyiniz yolu bitirsəniz, qalıq pulu verən olmayacaq”.

Məsələ barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, hələlik ödəniş bu qaydadadır:

“Yol istifadəyə verilən zaman müvəqqəti olaraq ödənişin bu qaydada olacağı barədə məlumat verilib. Yaxın müddət ərzində artıq xüsusi çipli kartlar dövriyyəyə buraxılacaq və mobil tətbiq yaradılacaq. Xüsusi çipli kartlar vasitəsilə artıq məntəqələrdə dayanmağa ehtiyac olmayacaq. Nəticədə sistem həmin avtomobili tanıyacaq və çıxışda qət etdiyi məsafəyə uyğun olaraq balansdan məbləğ çıxılacaq. Yəni hər şey avtomatik rejimdə olacaq. Dayanmağa, ödəniş etməyə ehtiyac yaranmayacaq”.скачать dle 11.3
Mojo.az Banner