Mojo.az Banner
12:09 Yeyib-içəndən sonra dostlarını döyüb öldürdülər  |     12:06 Əmlak bazarında qiymətlər yenidən artacaq - PROQNOZ - VİDEO  |     12:02 Olimpiya çempionunun 1,1 milyon manatlıq helikopterini OĞURLADILAR  |     11:57 Azərbaycanda məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ - İlginc TƏFƏRRÜAT  |     11:47 Kredit götürənlərin sayı artır: Qiymətlər də bahalaşacaq?  |     11:38 Azərbaycan nefti ucuzlaşdı  |     11:32 Bakıda DƏHŞƏT: Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi  |     11:31 Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?  |     11:17 Aşpaz işləyən qazi faciəli şəkildə öldü  |     23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Yeni İli xarici ölkələrdə qarşılamaq neçəyə başa gəlir?

29.12.2023 22:49 1 935
Yeni İli xarici ölkələrdə qarşılamaq neçəyə başa gəlir?
Yeni il bayramı ilə əlaqədar olaraq bölgələrə gedən turistlərlə yanaşı, xaricə gedən həmyerlilərimizin də sayı kifayət qədərdir.

Bəs vətəndaşlarımız Yeni ili hansı ölkədə keçirməyə daha çox üstünlük verirlər?

Məsələ ilə bağlı turizm məsələləri üzrə ekspert Əziz Şiriyev Trend-ə bildirib ki, bayramla bağlı ən çox Dubay və Misir istiqamətinə üstünlük verilir.

"Bu istiqamətlərə marağın artmasının əsas səbəbi bloqerlərin və turizm şirkətlərinin həmin yerlərə infoturlarının daha çox təşkil edilməsidir. Lakin çox imkanlı şəxslər isə Tailand, Vyetnam, Şri-Lanka, Bali, Malayziya, Sinqapura üz tuturlar. Orta imkanlılar isə qrup turları və fərdi şəkildə Dubaya, Əbu-Dabiyə və Şarm Əl-Şeyxə gedirlər. Bu yaxında bəzi Avropa şəhərlərinə ucuz biletlər satılırdı. Qiymətlər münasib olduğundan bir çox adam Avropa şəhərlərinə səfər edə bildi. Ancaq insanlarımız oradakı bahalıqdan narazıdır. Əslində, orada bahalıq deyil. Sadəcə pulun dəyər məsələsi var", - o vurğulayıb.

Ekspert qeyd edib ki, hazırda qrup şəklində Dubaya səfər 590 dollardır:

"Bayram günləri üçün isə 630 dollar olacaq. Bu qiymətə dördulduzlu hoteldə dörd gecə, beş gün olmaqla, təyyarə bileti, səkkiz kiloqram baqaj, şəhərin içində transfer və ekskursiyalar daxildir. Yeni ildə Misirə olan turların qiyməti isə dörd gecə, beş gün olmaqla 700-1000 dollar arasında dəyişir. Laplandiyaya gedənlər də var. Oraya olan turlar çox bahadır. Belə ki turların qiyməti 6 gecə, 7 gün üçün 2500-4000 avro arasında dəyişir".скачать dle 11.3
Mojo.az Banner