Mojo.az Banner
23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

ABŞ: “Qırmızı dənizdə husi hücumlarının hazırlanmasında İran iştirak edib”

23.12.2023 15:41 3 300
ABŞ: “Qırmızı dənizdə husi hücumlarının hazırlanmasında İran iştirak edib”
Ağ Ev hesab edir ki, İran Yəmən husilərinin (“Ənsar Allah” hərəkatının üzvləri) Qırmızı dənizdə ticarət gəmilərinə hücumlarının hazırlanmasında dərindən iştirak edib.

Bu barədə ABŞ-nin Milli Təhlükəsizlik Şurasının sözçüsü Edrien Uotson bildirib.

Onun sözlərinə görə, Tehran husilərə lazımi kəşfiyyat məlumatını ötürüb.

“Bu, İranın uzunmüddətli maddi dəstəyi və husilərin regionda sabitliyi pozan fəaliyyətini təşviq etməsi ilə uyğundur”, - deyən Uotson baş verənləri kollektiv cavab tələb edən bir çağırış adlandırıb.

“The Wall Street Journal”, öz növbəsində, təhlükəsizlik mənbələrinə istinadən yazır ki, husilər İranın hərbiləşdirilmiş qüvvələrindən təkcə kəşfiyyat məlumatları deyil, həm də silahlar - pilotsuz təyyarələr və raketlər alırlar.

“Husilərin gəmiləri hədəf almaq üçün radar texnologiyası yoxdur. Onların İranın köməyinə ehtiyacı var, yoxsa raketləri, sadəcə, suya düşər”, - nəşrin həmsöhbətlərindən biri bildirib.

İran isə hər hansı əlaqəni inkar edir.

Husilərin sözçüsü deyib ki, onların Tehranın köməyinə ehtiyacı yoxdur:

“Hər şeyi İrana aid etmək qəribədir, sanki onlar dünyanın ən böyük gücüdür. Bizim kəşfiyyat xidmətlərimiz var və ölkəmizə qarşı təcavüz illərində onlar özlərini yaxşı sübut ediblər”, - deyə mənbə vurğulayıb.

Mənbə: Reutersскачать dle 11.3
Mojo.az Banner