Mojo.az Banner
23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu gün hakimliyə namizədlərlə yazılı imtahan ilk dəfə elektron qaydada keçiriləcək

22.12.2023 12:05 2 472
Bu gün hakimliyə namizədlərlə yazılı imtahan ilk dəfə elektron qaydada keçiriləcək
Test imtahanında müvəffəqiyyət qazanmış 163 nəfər hakimliyə namizədlə yazılı imtahan bu gün saat 10:00-da Dövlət İmtahan Mərkəzinin binasında keçiriləcək.

“Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”na uyğun olaraq yazılı imtahan ilk dəfə olaraq elektron qaydada keçiriləcək.

İnşa mövzularının ifadə edilməsinə dair xüsusatlar və inşaların qiymətləndirilməsi zamanı diqqət yetiriləcək məqamlar Məhkəmə-Hüquq Şurasının saytında yerləşdirilmiş “Hakim vəzifəsinə namizədin yaddaş kitabçası”nda göstərilib.

Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni dekabr ayının 11-dən etibarən Məhkəmə-Hüquq Şurasının internet saytı vasitəsilə əldə edə biliblər.

İmtahan yerinə saat 09:00-dan gec olmayaraq gəlmək lazımdır. İmtahana gələrkən şəxsiyyət vəsiqəsi və “İmtahana buraxılış vərəqəsi” mütləq təqdim edilməlidir. Əks təqdirdə namizəd imtahana buraxılmayacaq.

Eyni zamanda, Hakimlərin Seçki Komitəsi bildirib ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu fasiləsiz olaraq davam edir.скачать dle 11.3
Mojo.az Banner