Mojo.az Banner
19:10 Bakıda hazırda hansı yollarda sıxlıq var? - SİYAHI  |     19:03 Kolleclərin boş qalan plan yerlərinə qəbulun NƏTİCƏLƏRİ AÇIQLANDI  |     17:06 İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN  |     16:54 Dünya təcrübəsi Azərbaycana gəlir – Bakı küçələri avtomobillərdən təmizlənəcək?  |     16:51 Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər təxirə salındı - SƏBƏB  |     16:44 Kobaxidze: "Gürcüstan və Azərbaycan arasında heç bir gərginlik yoxdur"  |     16:28 Vüsal Şilderin qətli 10 000 manata icra olunub?  |     16:15 Cəlilabadda itkin düşən qadınla bağlı İLGİNC DETAL: "Bizi görüb qaçdı" - VİDEO  |     16:14 Bəxtiyar İsmayılov vəzifəsindən azad olundu: Nazir müavini TƏYİN EDİLDİ  |     16:13 Pakistanda azərbaycanlı qadına qarşı DƏHŞƏT: Üç kişi tərəfindən zorlandı  |     15:51 Üç uşağı nəzərə alındı, həbsə getmədi - 117 min manatlıq iş üzrə hökm  |     15:50 Azərbaycanda yeni turizm məhsulları yaradılır  |     15:33 Rusiyada təhsil almaq istəyən azərbaycanlı tələbələrlə bağlı diqqətçəkən AÇIQLAMA  |     15:31 Manatın ucuzlaşması nələrə təsir edəcək? Dərmandan turizmə qədər...  |     15:28 Keçmiş sevgililər geri qayıda bilər, amma... – Astroloqdan XƏBƏRDARLIQ  |     15:25 Jurnalist Əvəz Zeynallı vəfat etdi  |     13:33 LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq  |     13:20 Bakının bəzi mərkəzi küçələrində avtomobillərin hərəkəti hər gün məhdudlaşdırılacaq - FOTO  |     13:03 Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək  |     12:47 24 yaşlı qadının ölümünə səbəb olan həkim bir il həbsxanada qalacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Kənddə müəllimlər barədə şayiə yayan şəxs həbs edildi

20.12.2023 15:01 1 284
Kənddə müəllimlər barədə şayiə yayan şəxs həbs edildi
Qobustan rayonunun kəndlərindən birində müəllimlər barədə şayiələr yayan şəxs məsuliyyətə cəlb edilib.

“Qafqazinfo” xəbər verir ki, məktəblərdən birinin direktoru, müavinləri və bir qrup müəllim iclas keçirərək kənd sakini, 1980-ci il təvəllüdlü İlqar Rəsulov (şərti) barəsində şikayət edilməsi barədə qərar qəbul ediblər.

Onların iddiasına görə, həmin şəxs həyat yoldaşını məktəbə müəllim vəzifəsinə işə düzəltmək istəyib. Lakin İ.Rəsulovun həyat yoldaşı MİQ imtahanından keçə bilmədiyi üçün vakansiyaya uyğun olmayıb. Bundan sonra İ.Rəsulov məktəbə gələrək müəllimləri və rəhbərliyi təhqir edib, həmçinin kənddə kişi müəllimlər barədə xoşagəlməz şayiələr yaymağa, onları nüfuzdan salmağa çalışıb.

Məktəbin tərtib etdiyi akt əsasında Qobustan Rayon Polis Şöbəsində araşdırma aparılıb və İ.Rəsulov barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol yazılıb.

İ.Rəsulov ifadəsində bildirib ki, həyat yoldaşı əvvəllər məktəbdə müəllim işləyib, lakin sonra işdən çıxarılıb:

“Bundan sonra oğlumu kənd məktəbindən çıxarmaq qərarına gəldim və onunla birgə kitablarını məktəbə təhvil verməyə getdim. Bu zaman kitabların verilmə prosesini videoya çəkmək istəyirdim. Məktəb rəhbərliyi buna görə məndən şikayət edib”.

Qobustan Rayon Məhkəməsinin qərarı ilə ona beş sutka inzibati həbs cəzası verilib.скачать dle 11.3
Mojo.az Banner