Mojo.az Banner
12:02 Olimpiya çempionunun 1,1 milyon manatlıq helikopterini OĞURLADILAR  |     11:57 Azərbaycanda məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ - İlginc TƏFƏRRÜAT  |     11:47 Kredit götürənlərin sayı artır: Qiymətlər də bahalaşacaq?  |     11:38 Azərbaycan nefti ucuzlaşdı  |     11:32 Bakıda DƏHŞƏT: Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi  |     11:31 Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?  |     11:17 Aşpaz işləyən qazi faciəli şəkildə öldü  |     23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |    
Mojo.az Avto
Mojo.az Avto

Lənkəranda qızılcadan ölən uşağın qardaşının vəziyyəti açıqlandı

19.12.2023 14:04 1 770
Lənkəranda qızılcadan ölən uşağın qardaşının vəziyyəti açıqlandı
Lənkəranda qızılca xəstəliyindən vəfat edən üç yaşlı Uğurun qardaşı dörd yaşlı Yunus Abızadə də eyni virusa yoluxub.

“Qafqazinfo”ya açıqlama verən azyaşlının babası Elçin Abızadə bildirib ki, Yunus hazırda Bakıda Məhəmmədi modul tipli xəstəxanada müalicə alır:

“Bizi yanına buraxmırlar. Təkcə anası yanındadır. Elə qızılcaya da ilk anası yoluxmuşdu. Daha sonra uşaqlara da keçdi. Hazırda ananın vəziyyəti yaxşıdır, sağalıb. Uşağın yanında o qalır. Yunusu dünən gecə xəstəxanaya yerləşdirə bildik. Qızdırması var idi. Sonrakı vəziyyətindən xəbərimiz yoxdur”.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib:

“2019-cu il təvəllüdlü azyaşlı (cinsi kişi olan) dekabrın 18-də saat 19:30 radələrində Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilib. Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda müalicəsi davam etdirilir. Vəziyyəti ağır stabildir”.скачать dle 11.3
Mojo.az Banner