Mojo.az Banner
19:25 188 mindən çox şəxsə pensiya və müavinət ödənilib  |     19:20 Payızda saç tökülməsi niyə artır? - Trixoloq açıqladı  |     19:14 Bakıda hazırda bəzi yollarda sıxlıq var - SİYAHI  |     19:14 18 yaşlı tələbə qızın meyiti soyuducuda tapıldı  |     19:07 Qazaxın azad edilən kəndlərində yeni mərhələ: Söküntü işlərinə başlanılır  |     18:58 Mal əti niyə bahalaşır? - Video  |     18:50 Xalq artistinin səhhəti ilə bağlı ÜZÜCÜ AÇIQLAMA  |     18:48 11 milyardı götürüb Dubaya qaçdılar - İddia  |     18:41 Əhalinin NƏZƏRİNƏ: Azərbaycanda bu xidmət elektronlaşdırıldı  |     18:34 Keçmiş ər-arvadın 1.7 milyon manatlıq əmlakı hərraca çıxarılacaq  |     18:09 Keçmiş hərbi pilot VƏFAT ETDİ - FOTO  |     17:24 Uşaqlarda qızdırmalı xəstəliklər artır: Valideynlər nəyə diqqət etməlidir?  |     17:17 Şah İsmayıl heykəlinə rusca cümləni kim yazıb? - RƏSMİ  |     17:17 Döyüb qabırğalarını qırdığı keçmiş arvadı kişini BAĞIŞLADI  |     16:54 "Sabah" yeni stadionunda ilk matçına çıxır - TARİX AÇIQLANDI  |     16:52 Pakistanda üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar - FOTO  |     16:28 Azərbaycanda zəlzələ oldu - FOTO  |     16:23 Bakıya 4 milyon manatlıq brilyantla gəldi - FOTO  |     16:16 “El nə deyər?” deyə borca giririk: Toy xərclərinin görünməyən tərəfi – SOSİOLOQ  |     15:56 Sürücülərin NƏZƏRİNƏ: Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

Bəzi işsiz şəxslərə ödənişlər ediləcək

09.12.2023 14:57 1 563
Bəzi işsiz şəxslərə ödənişlər ediləcək
“İşsizlikdən sığorta haqqında” qanuna edilən yeni dəyişikliklər ilə sığorta ödənişi alacaq işsizlərin dairəsi genişlənəcək. Belə ki, yeni dəyişikliklərə əsasən, müəssisənin mülkiyyətçisi dəyişəndə, əvvəllər müvafiq işdə çalışan işçi işə bərpa ediləndə, həmin müəssisədə çalışmış işçi müddətli hərbi xidmətdən ehtiyata buraxıldılqdan sonra öz işinə qayıtdıqda da ödənişlər ediləcək”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov öz “Facebook” hesabında yazıb.

Deputat bildirib ki, eyni zamanda, sığorta ödənişinə görə əlavə ailədəki bütün uşaqlara şamil ediləcək. İndi bu əlavələr 20 faiz ilə məhdudlaşır.

“Yeni dəyişikliklə isə məhdudlaşma olmayacaq. Bu zaman həmin ödəniş müddətli əmək müqaviləsinin bitməsi ilə xitam hallarına da şamil ediləcək.

İşsizlərə sığorta verilməsi zamanı müddətli əmək müqaviləsi üzrə tələb olunan sığorta stajının 30 aydan 24 ayadək endirilməsi də həyata keçirilir. Bu, daha çox vətəndaşların ödəniş almasına imkan yaradacaq.

Digər dəyişiklik fərdi məşğulluq proqramının üzrlü səbəbdən icra edilə bilmədiyi halda ödənişlərin verilməsidir. Bu zaman qanunda üzrlü halların konkret olaraq müəyyənləşdirilməsi də həyata keçirilib.

Bütövlükdə, qanuna edilən dəyişiklik sığorta ödənişlərinə əlçatanlığı artırmaqla yanaşı daha çox vətəndaşımız bu imkandan faydalanmasına şərait yaradacaq”, - deyə o qeyd edib.скачать dle 11.3
Mojo.az Banner