Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:56 “WhatsApp” istifadəçilərini sevindirəcək YENİLİK | 18:32 Badamdarda yaşayanlar təhlükədə: Obyektlərin fəaliyyəti dayandırıla, sakinlər təxliyə edilə bilərlər | 18:23 Hövsanda dəniz qəhvəyi rəngə boyandı: Araşdırma başladı | 18:16 "GTA VI" çıxdıqdan az müddət sonra xətalar aşkarlandı | 17:38 Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib | 16:59 Broyler toyuqları ilə bağlı yayılan iddialara AÇIQLAMA | 16:56 Paşinyan: “300 min azərbaycanlının Ermənistana qayıtmaq hüququ gündəmə gələcək” | 16:53 İsmayıllıda 300 kiloqram iylənmiş at ətinin satışının qarşısı alındı | 16:50 Bakıda məşhur mebel mağazasının fəaliyyəti dayandırıldı | 16:38 AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək? | 16:36 Xəzər sahilində restoran və obyekt sahibləri üçün yeni qaydalar müəyyən ediləcək | 16:35 Azərbaycanda vergi ödəyiciləri risk dərəcələrinə görə yoxlanılacaq | 16:07 Rasim İldırımzadə ilə bağlı QƏRAR VERİLDİ | 16:00 ŞOK CİNAYƏT: 15 ton “Alpen Gold”u oğurlayıb satdı, puluna yük maşını aldı | 15:58 Prezident: "Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" | 15:57 Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib | 15:54 DTX: "Azərbaycanda dövlət saytları kiberhücumlara məruz qalıb" | 15:10 Bəzi müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayıb | 15:05 “Kontakt Home”un baş direktoru məsuliyyətə cəlb olundu - Pişiyə görə | 14:48 Gürcüstan DTX-nin rəisi Bakıya gəldi |
Mojo.az Avto
Mojo.az Avto

ABŞ-Azərbaycan əlaqələri artıq müsbət məcraya qayıdır

06.12.2023 22:45 1 902
ABŞ-Azərbaycan əlaqələri artıq müsbət məcraya qayıdır
ABŞ-Azərbaycan əlaqələri artıq müsbət məcraya qayıdır.

"Report" xəbər verir ki, Azərbaycanın öz suverenliyini bərpa etməsi ilə yaranan yeni reallıq şəraitində sülh üçün çox yaxşı imkanlar yaranıb. ABŞ bunu dərk edərək münasibətləri irəliyə doğru aparır.

Bu, Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 6-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn ilə Bakıda keçirilən görüşündə də xüsusi qeyd edilib.

Görüşdə ölkəmizin regional sülh gündəliyini dəstəklədiyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, münaqişə başa çatandan və Azərbaycan suverenliyini tam şəkildə bərpa edəndən sonra sülhün bərqərar olunması üçün tarixi imkanlar yaranıb və ABŞ da yeni reallıqlar nəzərə alınaraq bu prosesə öz töhfəsini verə bilər.

Məlumdur ki, Cənubi Qafqaz regionunda yeni reallıqlar yaranıb və ABŞ də bu reallığı qəbul edir. Birləşmiş Ştatların Bakıya səfər edən yüksək səviyyəli rəsmisi də iki ölkə arasında münasibətlərdə gələcəyə baxışın vacibliyini söyləyib.

Ceyms O’Brayn, həmçinin ölkəsinin regionda sülh gündəliyini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasını, sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini deyib, bu xüsusda danışıqların Vaşinqtonda davam etdirilməsi üçün ABŞ-ın hazır olduğunu diqqətə çatdırıb.

Görüşdə iqtisadi, o cümlədən energetika sahəsində əməkdaşlığın da davam etdirilməsinin zəruriliyi bildirilib. Prezident İlham Əliyev Azərbaycan ilə ABŞ arasında energetika sahəsində tarixən uğurlu əməkdaşlığın həyata keçirildiyini nəzərə çatdırıb.

Blinkenin köməkçisi isə öz növbəsində Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında ABŞ-nin roluna toxunub. Ceyms O’Brayn Transxəzər nəqliyyat dəhlizi konsepsiyasının inkişafı, həmçinin Ermənistan ilə Azərbaycan arasında kommunikasiyaların açılması üzrə müzakirələrin davam etdirilməsinin ABŞ tərəfindən dəstəkləndiyini vurğulayıb.

Qeyd edək ki, görüşdə ikitərəfli münasibətlərin irəli aparılması üçün qarşılıqlı səfərlərin bərpa edilməsi müsbət addım kimi dəyərləndirilib.

Bundan əvvəl sentyabrın 19-20-də baş tutan antiterror tədbirlərindən sonra Azərbaycan və ABŞ münasibətlərində müəyyən anlaşılmazlıqlar yaranmışdı. Həmin vaxt rəsmi Bakı öz prinsipial mövqeyini ortaya qoydu ki, bu tərzdə Azərbaycanla münasibətləri davam etdirmək mümkün deyil. Noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək iki ölkə arasında münasibətlərin normallaşdırılması məqsədilə dekabrda köməkçisi Ceyms O’Braynın Bakıya səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-yə səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib.

Məlumat üçün deyək ki, Azərbaycan rəsmilərinin də ABŞ-yə səfəri bərpa olunur. Çünki ikitərəfli münasibətlərin müsbət məcrada davamı üçün bu, çox vacibdir. Səfərlərin bərpası ilə ABŞ-Azərbaycan əlaqələri öz əvvəlki səviyyəsinə qayıdır.

Son xəbərlər