Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:02 Ronaldo milli karyerasını bitirdi (AÇIQLAMA) | 14:49 Ermənistan Parlamenti TRIPP layihəsi ilə bağlı növbədənkənar iclas keçirəcək | 14:46 Məcəlləyə dəyişiklik: Kim Azərbaycanın vergi rezidenti hesab ediləcək? | 14:39 Bakıda bu avtobuslar YENİLƏNİR | 14:34 Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər? | 14:27 Bayram günlərində işləyənlərə əlavə əməkhaqqı necə hesablanmalıdır? – AÇIQLAMA | 14:25 Saatlıq əməkhaqqı sistemi tətbiq oluna bilər: Kimlərə şamil ediləcək? | 14:23 Paşinyanın Türkiyəyə səfəri planlaşdırılır | 14:23 Mövsümi işçilərlə bağlı yeni qayda təklif olunur | 14:13 Daha bir rüsumun ləğvi təklif olunur | 13:54 Rəcəb Tayyib Ərdoğandan Azərbaycana gözlənilən səfəri ilə bağlı açıqlama (Yenilənib) | 13:46 Uşaq pulu olmadan demoqrafik artıma nail olmaq çətindir – EKSPERT | 13:32 Nigar Fərhadın əri yenidən həbs olundu | 13:22 Lotereya və idman mərc oyunları üçün yeni vergi qaydaları təklif edilir | 13:22 DTX dron vasitəsilə narkotik vasitələrinin qaçaqmalçılığını edənləri yaxaladı | 13:21 Kənd təsərrüfatında vergitutma qaydaları dəyişir | 13:14 Avtomobil sənayesi üçün yeni güzəşt | 13:13 Azərbaycanda ikinci əl mənzillərin satışı ilə bağlı yenilik | 13:04 Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda | 13:00 İkinci əl avtomobil satanların nəzərinə: Qaydalar dəyişir |
Mojo.az Avto
Mojo.az Avto

İstanbulda Somali prezidentinin oğlunun maşınla vurduğu kuryer öldü - FOTO

06.12.2023 22:13 2 118
İstanbulda Somali prezidentinin oğlunun maşınla vurduğu kuryer öldü - FOTO
İstanbulun Fatih rayonunda Somali prezidentinin oğlunun iştirakı ilə baş verən qəzada yaralanan motosiklet kuryeri Yunus Emre Göçer xəstəxanada dünyasını dəyişib.

30 noyabr tarixində günorta saatlarında baş verən qəza zamanı motosiklet sürücüsü, 38 yaşlı Yunus Emre Göçer hərəkətdə olan motosikletinin sürətini azaldıb və yolun kənarında saxlamaq istəyib. Eyni istiqamətdə hərəkət edən Somali prezidenti Hassan Şeyx Mohamudun oğlu Mohamed Hassan Şeyx Mohamudun avtomobili motosikletə arxadan çırpılıb. Nəticədə Yunus Emre Göçer ağır yaralanıb.

Hadisə yerinə gələn sağlamlıq qrupları motosiklet sürücüsünü təcili yardımla xəstəxanaya aparıb və o, reanimasiyada müalicə olunub.

Somali prezidentinin oğlu isə polis idarəsində ifadə verdikdən sonra sərbəst buraxılıb.

Qəza anı anbaan təhlükəsizlik kamerasına əks olunub.

Nəticədə biri əlil olan iki uşaq atası Yunus Emre Göçer altı gün sonra xəstəxanada dünyasını dəyişib.

Onun cəsədi Ədliyyə Tibb Qurumunda müayinə olunduqdan sonra ailəsinə təhvil verilib. Cənazə götürüldüyü zaman Göçerin dostları motosikletləri ilə müşayiət ediblər.

Göçerin dostu Yusuf Özsoy günahkarın saxlanmaması ilə bağlı etirazını bildirib.

“Hüquqi proseslər davam edir, dostumuzu bu gün dəfn edəcəyik. Hadisə yerinə gələn yol polisləri heç bir görüntünü izləmədən sənəddə qeyd etdilər ki, motosikletçi idarəetməni itirib, daha sonra isə səkiyə çırpılaraq avtomobilin qarşısına düşüb. Vəkilimiz vasitəsilə əldə etdiyimiz görüntülərdə avtomobilin hətta əyləci də basmadığı, dostumuza arxadan çırpıldığı əks olunub. Onu vuran şəxs isə həbs edilməyib”, - deyə o qeyd edib.

Son xəbərlər