Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:30 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ | 20:24 Amerikalı aktyor vəfat etdi | 20:15 Azərbaycanın 10 aylıq büdcə göstəriciləri açıqlandı | 20:10 8 çamadan dolu pul yerə səpələndi - Astanada (VİDEO) | 20:03 Atasının ölümünə səbəb olan sürücü ilə zərərçəkmişlər barışdı - Məhkəmədən qərar | 19:58 NVIDIA şirkətində qalmaqal - Baş direktor gizli eşqə görə işindən oldu | 19:50 Bu məhsullar daxili bazara gömrük rüsumu olmadan çıxarılacaq | 19:45 Avtomobil icarəsi ilə məşğul olan şəxslərə XƏBƏRDARLIQ - VİDEO | 19:30 Bu yollarda sıxlıq var -SİYAHI | 19:20 Azərbaycanda bəzi avtomobillər ucuzlaşacaq - Açıqlama | 19:19 Məclis.info saytının rəhbərinə ağır cəza verildi | 18:36 Məhkəmə generalın qızı ilə bağlı qərar verdi | 17:51 Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı | 17:46 Ağsuda 9-cu sinif şagirdinə cinsi zorakılıq edildi - Təfərrüat | 17:38 Azərbaycanda kərə və duru yağ niyə bahalaşır? – İqtisadçı səbəbləri açıqladı | 17:31 Bakıda müdirini öldürüb meyitini gölə atan kişi və qadın hakim qarşısında | 17:27 Uşağı məktəbdə yandırılan ata: "Elə bil belə də olmalı idi" - Video | 17:06 Dublində Azərbaycan və Moldova prezidentlərinin görüşü olub - FOTo | 16:57 İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşdü | 16:45 Özəl məktəblər geyim qaydalarını istədikləri kimi müəyyən edə bilməz – Açıqlama |
Mojo.az Avto
Mojo.az Avto

Əli Əsədov BMT Komissiyasının icraçı katibi ilə görüşüb

24.11.2023 20:55 2 865
Əli Əsədov BMT Komissiyasının icraçı katibi ilə görüşüb
Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 24-də BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi Armida Salsiya Alişahbana ilə görüşüb.

Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Həftəsinin əhəmiyyəti vurğulandı. UNESCAP-ın icraçı katibinin Azərbaycanın SPECA-ya sədrliyi çərçivəsində ilk dəfə olaraq təşkil olunan və proqramın 25-ci ildönümünə təsadüf edən Zirvə görüşündə iştirakı yüksək qiymətləndirildi.

Azərbaycanın Komissiyanın əksər üzv ölkələri ilə müxtəlif sahələrdə yaxşı münasibətlərə malik olduğu bildirilərək, çoxtərəfli əməkdaşlığın genişləndirilməsi baxımından UNESCAP səmərəli platforma kimi dəyərləndirildi.

Azərbaycanın təşəbbüsü ilə Komissiya tərəfindən qəbul edilmiş nəqliyyat bağlantıları və dayanıqlı enerjinin inkişafı üzrə qətnamələrin önəmi vurğulandı.

Görüşdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə uğurlu əməkdaşlığından bəhs edildi, bu əməkdaşlığın SPECA çərçivəsində ticari-iqtisadi, nəqliyyat-tranzit, energetika və qarşılıqlı maraq doğuran bütün digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı perspektivlərin mövcud olduğu bildirildi.

Son xəbərlər