Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır | 19:48 İspaniyaya üzən qayıqda 7 miqrant ölüb | 19:28 Paytaxtda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir | 19:14 17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - FOTO | 19:00 Gömrükdə işə düzəltmək vədi ilə 10 min manat aldı - Amnistiya ilə həbsdən azad edildi | 18:55 Oktyabrda 80 aptekdə yoxlama keçirilib | 18:49 Lamin Yamal qol və assist göstəricilərinə görə liderdir | 18:40 "Şəki Yaylası"nda faciəyə görə iki nəfər həbs olundu | 18:30 Bakıda Yeni il yarmarkaları təşkil olunacaq? | 18:16 Hesabı ödəməmək üçün burgerin içinə qızının saçını qoydu - Video | 18:08 Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI | 17:56 Mənzildə istilik borusuna müdaxilə edənlər nə qədər cərimələnə bilər? | 17:50 Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq | 17:36 İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı |
Mojo.az Avto
Mojo.az Avto

20 il ərzində siqaret çəkən insanın ağciyərlərinin necə göründüyü nümayiş edildi - FOTO

24.11.2023 12:43 2 565
20 il ərzində siqaret çəkən insanın ağciyərlərinin necə göründüyü nümayiş edildi - FOTO
ABŞ-dən olan tibb bacısı 20 il ərzində siqaret çəkən insanın ağciyərlərinin necə göründüyünü göstərib.

Fərqi daha yaxşı görmək üçün tibb bacısı Amanda Eller siqaret çəkənin ağciyərlərinin yanına sağlam insanın ağciyərlərini qoyub. Görüntülərdə siqaretə aludə olan kişinin tənəffüs orqanlarının qaraldığı və kömür parçalarına bənzədiyi görünür.

Bundan əlavə, tibb bacısı siqaret çəkənlərin ağciyərlərinin lazımi qaydada işləmədiyini də göstərib.

“Ağciyərlər öz elastikliyini itiriblər. Nəfəs aldıqda, onlar dartılır, ancaq nəfəs verərkən, onlar “qapanır” və bu vəziyyətdə qalırlar, onlar açıla bilmirlər”, - deyə mütəxəssis izah edib.

Görüntülər sosial şəbəkə istifadəçilərinə o qədər təsir edib ki, bir çox insan gördüklərinin siqareti tərgitmək barədə düşünməyə vadar etdiyini etiraf edib.

“Siqareti buraxmaq üçün başqa bir cəhdə hazırlaşıram”, - deyə istifadəçilərdən biri şərh yazıb.


Son xəbərlər