Mojo.az Banner
SON DƏQİQƏ
14:41 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı  |     14:33 Bakının xeyli ərazisində qaz olmayacaq  |     13:52 Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək  |     13:42 Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...  |     13:19 Kənddə 25, bazarda 50 qəpiyə: Yumurta niyə bahalaşır?  |     13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |     12:15 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman  |     12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |     12:06 Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?  |     12:05 Azərbaycandan Ermənistana ixrac olunan məhsulların dəyəri açıqlanıb  |     11:59 Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - Video  |     11:53 Bakıda iki avtomobil toqquşdu: Piyada öldü  |     11:37 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Siqaret çəkən adamlara kök suyu içmək olmaz

02.09.2019 21:12 7 471
Siqaret çəkən adamlara kök suyu içmək olmaz
“Bilin və agah olun ki, siqaret çəkən adamlara kök suyu içmək olmaz. Tərkibindəki beta-karoten siqaret çəkən insanlarda ağciyər xərçəngi əmələ gəlmə ehtimalını daha da artırır”.

Median.Az
xəbər verir ki, bu sözləri tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. O bildirib ki, həmçinin göz zəifliyinə görə yazılan multivitamin komplekslərinin tərkibində böyük miqdarda B karoten olduğu unudulmamalıdır. Şahin Məmmədov vurğulayıb ki, hətta əvvəllər siqaret çəkmiş sonra tərgitmiş insanlarda da B karotenin ağciyər xərçəngi riskini xeyli yüksəltdiyi məlum olmuşdu. Daha sonra mütəxəssis sözlərinə belə davam edib:

“Tədqiqatlar göstərib ki, gün ərzində cəmi 1 ədəd siqaret, ya onun yarısını çəkmək ağciyər xərçəng riskini 64 faiz artırır. Gün ərzində 10 ədəd siqaret çəkmək 85 faiz ağciyər xərçəng riskini artırır. Daimi requlyar siqaret çəkmək isə bu riski 12 dəfə artırır.

Ağır siqaretlərlə yüngül siqaretlərin fərqi yoxdur. Yəni, hər ikisi eyni riski daşıyır. Amma yaxşı xəbər də var. 35 yaşına qədər siqareti tərgitmək 1 ildən sonra çəkməyənlərlə eyni riskə enmiş olur. Hər halda gec də olsa, siqareti tərgitmək məsləhətdir. Çünki risk ən azı 2 dəfə enmiş olacaq.


Bir qrup insan var ki, onlar ətraf mühitin zərərli təsirlərinə daha dözümlüdür. Tədqiqat nəticəsində o da məlum olub ki, xüsusi xoşbəxt gen modifikasiyası səbəbindən nadirən də olsa, siqaret çəkən adamın uzun ömürlülük yaşına çatması mümkündür. Əlbəttə ki, bu gen modifikasiyasının bizdə olma ehtimalı çox aşağıdır”.//publika.azскачать dle 11.3

Son xəbərlər