Mojo.az — elanlar
Son Xəbərlər
18:28 Bakıda xəstəyə meyitdən ürək KÖÇÜRÜLDÜ  |     18:22 Dekorçu qadının “Rolex” qol saatını oğurlayaraq satdı, puluna “iPhone” aldı, restoranda xərclədi  |     18:20 Qubada avtomobili dövlət qeydiyyat nişansız idarə edən qazilər saxlanılıb.  |     18:18 Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu  |     18:16 Qızını döydüyü üçün kürəkənini öldürən şəxs məhkəmə zalından azad edildi - DETALLAR  |     18:12 Amnistiyaya düşən kişi arvadını döydü  |     14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |    
Mojo.az Avto
Mojo.az Avto

ABŞ İsrailə yüksək dəqiqlikli bombalar verəcək

07.11.2023 12:07 1 821
ABŞ İsrailə yüksək dəqiqlikli bombalar verəcək
ABŞ prezidenti Co Baydenin administrasiyası İsrailə 320 milyon dollar dəyərində yüksək dəqiqlikli bombalar göndərməyi planlaşdırır.

Məlumata görə, ABŞ administrasiyası Konqresə belə silahları İsrailə ötürmək niyyətində olduğu barədə bildiriş göndərib.

Söhbət İsrailin “Rafael” şirkəti tərəfindən hazırlanmış “Spice” bombaları silsiləsində gedir.

Razılaşmaya əsasən, konsernin törəmə şirkəti “Rafael USA” silahları əsas şirkətə təhvil verəcək, o da öz növbəsində onları İsrail ordusuna tədarük edəcək.

Qeyd edək ki, “Spice” bombaları 125 km-ə qədər məsafədəki hədəfləri vura bilir.

Xatırladaq ki, ötən həftə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri respublikaçıların təklif etdiyi İsrailə 14,3 milyard dollarlıq yardımın ayrılması ilə bağlı qanun layihəsini böyük səs çoxluğu ilə dəstəkləyiblər.

Mənbə: TASS

Son xəbərlər