Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:04 Leyla Əliyeva "Yaradıcılıqla üz-üzə" adlı konsertdən paylaşım edib - FOTO | 15:01 "Boşanıram" deyən arvadını döydü, uşaqlarını öldürməklə hədələdi: Cərimələndi | 14:28 Sabah 21 dərəcə isti olacaq - Proqnoz | 14:24 Sumqayıt bulvarında 20 yaşlı oğlan dənizdə batıb - VİDEO | 14:12 "Range Rover" gətirəcəyəm" deyib 261 min manatdan çox pul aldı - Bakıda dələduzluq | 14:00 Taksi sürücüləri üçün vergi qaydası dəyişir | 13:58 Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur | 13:55 Əlilliyə görə pensiya alanların sayı 128 mindən çox azalıb: Beş ilin rəqəmləri | 13:52 Turistlər Bakıya təkrar-təkrar gəlir, bölgələrə isə üz tutmurlar – SƏBƏB | 13:49 Qəbələdə kuryoz olay: Həmkəndlisinin qulağını dişləyib qopardı | 13:39 Xalq artistinin oğlu nazirlikdəki vəzifəsindən azad edildi | 13:33 Alyona Əliyeva "Rezonans və İrs" adlı konsert proqramından paylaşım edib - Foto | 13:31 Xaricdə təhsil adı ilə hərbi xidmətdən yayınma – Saxta sənədlər aşkarlanır | 13:13 Gəlinlərinin üstünə yataq otağında benzin tökdü, atasını bıçaqladı - Abşerondakı qətlin təfərrüatı | 12:56 Qızılın qiyməti son ayların minimumuna düşdü | 12:55 Ramiz Mehdiyev barəsindəki hökmdən narazıdır - Daha yüngül cəza istəyir | 12:54 Mərdəkanda yataqxanada yanğın - VİDEO | 12:52 "Embawood"un anbarından meyit tapıldı | 12:49 Azərbaycan nefti bahalaşıb | 12:47 Bəzi sürücülərə cərimələr yeni qayda ilə çatdırılacaq |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda uşaqları öldürməklə hədələyən çılpaq şəxs həbs edildi

06.11.2023 14:33 1 560
Bakıda uşaqları öldürməklə hədələyən çılpaq şəxs həbs edildi
Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 13 ünvanının qarşısında - ictimai yerdə - çılpaq yatan şəxs saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, sakinlərdən biri binanın qarşısındakı skamyada bir nəfərin sərxoş və çılpaq vəziyyətdə yatması, qışqırması, uşaqları öldürəcəyi ilə hədələməsi barədə polisə müraciət edib. O, tanımadıqları şəxsin iki-üç gündür çılpaq halda skamyada yatdığını deyib.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları qeyd edilən yerə gedərək həmin şəxsi müəyyən ediblər. Bu zaman o, müqavimət göstərərək polislə birgə getmək istəməyib.

Şöbəyə aparılan şəxsin Lənkəran rayon Boladi kənd sakini, 1977-ci il təvəllüdlü S.Salahov (şərti) olduğu müəyyən edilib və barəsində inzibati protokol tərtib edilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ona 10 sutka inzibati həbs cəzası verilib.

Son xəbərlər