Mojo.az Banner
11:48 Gözü dönən kişi balta ilə arvadına hücum etdi - Tükürpərdən hadisənin TƏFƏRRÜATI - Video  |     11:45 Türkiyədə hərbi helikopter qəzaya uğrayıb  |     11:36 Prokurorluq Gəncə İcra Hakimiyyətində araşdırma aparır  |     11:23 Ədəbiyyatda yeni dövr: Süni intellekt artıq yazı prosesinə daxil olur? – Yazıçıdan AÇIQLAMA  |     11:16 Dünya neft bazarında SON VƏZİYYƏT: Qiymətlərdə hansı dəyişiklik var?  |     22:55 Bu minib-düşmə yeri" sürücülərə problem yaradır - Video  |     22:53 Sinif yoldaşını yandıran şagird spirti termosa töküb gətiribmiş - YENİ DETALLAR - Video  |     22:48 ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib  |     22:32 “Zirə” Azərbaycan kubokunun finalına yüksəldi  |     22:15 Latviya Prezidenti Azərbaycana gəldi  |     22:10 Yol təsərrüfatında milyonluq uyğunsuzluq: Rəsmi hesabat yayımlandı  |     22:07 "Oskar" mükafatlı rejissor vəfat etdi  |     22:04 Bakı metrosunda daha bir insident: Ölən var  |     21:53 Məktəblərdə "Son zəng"in keçiriləcəyi tarix açıqlandı  |     21:48 Azərbaycanın pambıq ixrac və idxalı artdı  |     21:40 Gürcüstan hökumətində dəyişiklik oldu - Yeni nazirlər  |     21:34 Bakı metrosunun stansiya rəisi öldü  |     21:29 Metrodakı hadisəyə görə 2 nəfər xəstəxanaya yerləşdirildi - 9 nəfər isə...  |     21:24 Aprel ayının pensiya ödənişləri yekunlaşdırılıb  |     21:16 Bakıda təhdid xarakterli paylaşımlar edən məktəbli saxlanıldı  |    
Left Banner
Right Banner

Polislərə müqavimət göstərən sürücü və dostu yenidən hakim qarşısında

26.10.2023 12:50 879
Polislərə müqavimət göstərən sürücü və dostu yenidən hakim qarşısında
Sumqayıt Apellyasiya Məhkəməsində polisə müqavimət göstərməkdə təqsirləndirilən Amid Qafarov və Famil Zeynalovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası noyabrın 7-nə təyin edilib.

Xızı Rayon Məhkəməsinin hökmü ilə hər iki şəxs azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub.

Rəsmi məlumata əsasən, 2022-ci il avqustun 10-da saat 23 radələrində Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla qeyd edilən tarixdə Xızı-Giləzi avtomobil yolunda hərəkətdə olan VAZ-21093 markalı avtomobilin sürücüsü Amid Qafarovun avtomobili dövlət qeydiyyat nişanı olmadan idarə etdiyinə görə ərazidə xidmətdə olan Xızı Dövlət Yol Polisi bölməsinin yol patrul xidməti əməkdaşları Aslan Rəhimov və Məmməd Kərimov tərəfindən saxlanıldığı zaman dostu Famil Zeynalov ilə birlikdə heç bir əsaslı səbəb olmadan polis əməkdaşlarına zor tətbiq edərək müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xızı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Amid Qafarov və Famil Zeynalov qeyd edilən maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.скачать dle 11.3
Mojo.az Banner