Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:05 İmtahanlara müdaxilə cinayəti: Prokuror Kamran Əsədova cəza istədi | 17:04 Əli Əsədovdan məhkəmə ekspertləri ilə bağlı qərar | 17:03 Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? | 17:00 Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - FOTO (Yenilənib) | 16:57 Qonşusunu bıçaqlayan müharibə iştirakçısına verilən cəza məlum oldu | 16:57 Ərini çapacaqla yaralayan qadından məhkəmədə gözlənilməz tələb | 16:56 Gəmi qəzasına görə saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı | 16:53 Kirayə mənzillər ucuzlaşacaqmı? - Bazardakı vəziyyət AÇIQLANDI | 16:49 Bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq | 16:44 Sabah güclü külək əsəcək - Xəbərdarlıq | 14:49 Abşeron rayonunda silsilə oğurluqlar edən şəxs saxlanıldı | 14:22 Azərbaycanda minimum maaşdan gəlir vergisi tutulmaya bilər | 13:58 24 ilin sirri açıldı: Neft Akademiyasındakı qətldə keçmiş tələbə şübhəli bilinir | 13:25 Dələduzluğa görə həbs edilən 74 yaşlı qadının FOTOSU | 13:22 Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu | 13:08 Hikmət Hacıyevdən Azərbaycan Televiziyası və Radiosu Günü ilə bağlı paylaşım - FOTO | 13:06 Taksi sürücüləri üçün yenilik: Daha çox vergi ödəyəcəklər | 13:04 Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq | 13:03 İlham Əliyev və Mehriban Əliyeva Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər | 13:02 Azərbaycanda çips niyə vergiyə cəlb olundu? |
Mojo.az Avto
Mojo.az Avto

Həbsdə olan polkovnik aclıq aksiyası keçirir? - AÇIQLAMA

25.10.2021 14:00 2 487
Həbsdə olan polkovnik aclıq aksiyası keçirir? - AÇIQLAMA
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti rüşvətə görə həbs edilən ehtiyatda olan polkovnik Rövşən Babayevin saxlandığı təcridxanada aclıq aksiyası keçirməsi ilə bağlı iddialara münasibət bildirib.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov “Report”un sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Rövşən Babayev heç bir aclıq aksiyası keçirmir. O, yemək yeyir, su da içir”, - deyə o vurğulayıb.

Xatırladaq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Bakı şəhər Sabunçu rayon idarəsinin sabiq rəisi R.Babayevin Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirdiyi barədə məlumatlar yayılıb.

Qeyd edək ki, R.Babayev bu ilin aprel ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

İstintaqla onun 08.11.2016-cı il tarixdən 08.05.2019-cu il tarixədək müddət ərzində SHXÇDX-nin Bakı şəhər Sabunçu rayon idarəsinin rəisi vəzifəsində işləyərkən idarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin baş zabiti Hüseynov Yaşar Ağahüseyn oğlu (saxlanılan zaman SHXÇDX-nin Xəzər rayon idarəsinin şöbə rəisi idi) və digər şəxslərlə birgə qanuni əsaslar olmadan 11 şəxsin hərbi xidmətə yararsız hesab edilməsi müqabilində müxtəlif məbləğdə pul vəsaitini rüşvət qismində alması, vəzifə səlahiyyətlərindən sui-istifadə, habelə vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.

R.Babayev və Y.Hüseynova Cinayət Məcəlləsinin 341.2.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən törədildikdə), 341.2.3 (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma, təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Prokurorluğun təqdimatı əsasında məhkəmə tərəfindən R.Babayev barəsində həbs, Y.Hüseynov barəsində isə vəzifədən kənarlaşdırma, eləcə də istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Son xəbərlər