Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

"Kişilər ev işləri görən xanımlarına pul ödəməlidir" - Deputat

20.10.2021 14:40 858
"Həyatımızın müxtəlif sahələrində qadınlara qarşı zorakılıqlar qalmaqdadır".

Median.Az
APA-ya istinadən bildirir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu" mövzusunda keçirilən konfransda deyilib.

Komitə sədri bildirib ki, ÜST-ün məlumatına görə, dünyada hər üç qadından 1-i ya evdə, ya işdə zorakılığa məruz qalır: "Bu gün işsiz qadınlar 57,5 % təşkil edir. Baxmayaraq ki, əmək qabiliyyətli qadınların sayı kişilərin sayından çoxdur. Əsas diskriminasiya burada qadın əməyinin kişi əməyinə nisbətən az qiymətləndirilməsidir. Bu, bütün dünyada belədir. Azərbaycanda qadınların əməyi kişi əməyindən daha az qiymətləndirilir. Bunun bünövrəsi iqtisadi azadlıqdadır. Əgər iqtisadi azadlıq olmayacaqsa, biz sosial azadlığı da təmin edə bilməyəcəyik. Ev işlərinin, ailə üzvlərinə qulluqla bağlı haqqı ödənilməyən iş saatlarının 77%-i qadınların payına düşür. Bu haqqı zəhmət çəkib kişi ödəməlidir. Çünki əgər evdə qadın olmasa, kişi bu işi görmək üçün kimisə tutmalıdır. Elmi-texniki fəaliyyət sahəsində qadınların əməkhaqqısı kişilərin əməkhaqqısının yalnız 47%-ni təşkil edir. Səhiyyə və sosial xidmətlər sahəsində bu rəqəm 63%-dir. Baxmayaraq ki, bu sahədə qadınlar kişilərdən daha çoxdur. Qadın sahibkarlar sayında da rəqəm aşağıdır. Sahibkar qadınların sayı sahibkar kişilərin sayından 3,7 dəfə azdır".

YAP sədrinin müavini- Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov isə Musa Quliyevin ev işi görən qadınlara pul ödənməsi fikri ilə razılaşmayıb. T. Budaqov bildirib ki, Azərbaycan qadınlara ailəyə bağlıdır: "Burada beynəlxalq təcrübə ilə yanaşı, cəmiyyətin fikri də nəzərə alınmalıdır".

Musa Quliyev isə bir daha təkrar edib ki, qadının evdəki zəhməti kişilər tərəfindən qiymətləndirilməlidir: "Bu təklifi qadının evdə gördüyü işin qiymətləndirilməsi üçün verdim".скачать dle 11.3
Mojo.az Banner