Mojo.az Banner
13:06 Azərbaycan millisinin heyəti açıqlanıb  |     13:04 Bu gün Azərbaycanda Milli Musiqi Günüdür  |     13:02 Tbilisinin uşaq bağçalarında kütləvi zəhərlənmə  |     13:00 DSX-nin tarixinə düşən general vəfat etdi - FOTO  |     12:53 “Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”  |     12:52 Azərbaycan vətəndaşlarının banklarda nə qədər pulu var? - Rəqəmlər açıqlandı  |     12:51 Novxanıda içməli su küçəyə axır - Sakinlərdən şikayət - VİDEO  |     12:48 Paytaxtda yol cizgisinə müdaxilə edən şəxslər məsuliyyətə cəlb olundular - Video  |     12:45 Ermənistanda keçmiş baş nazirin qardaşı saxlanıldı  |     12:34 Deputat universitetdən qovulan tələbədən danışdı: “Şans verilməli idi”  |     12:19 DTX-dən 5 ölkədə sinxron əməliyyat: Azərbaycanda qətllər planlaşdıran 10 terrorçu həbs olundu - VİDEO  |     12:16 Tramp və Si Cinpinin rəsmi şam yeməyində kim iştirak edəcək?  |     12:06 Əmtəə və maliyyə məhsul şəhadətnamələri arasındakı fərq müəyyənləşdirilir  |     11:53 Nigar Fərhad barədə qərar verildi - Şikayətçilər artır  |     11:42 Azərbaycan nefti ucuzlaşıb  |     11:41 "Formula-1" zamanı Bakı yollarında hərəkət necə olacaq?  |     11:25 Yeniyetməni döyüb komaya saldılar - Süni tənəffüs aparatına qoşuldu  |     11:24 Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi  |     11:17 Məhsul şəhadətnaməsi təkrar satıla və girov qoyula biləcək  |     23:02 Payızda işıqpulunu artıran 4 cihaz  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan və Türkiyə parlamentləri arasında əməkdaşlıq Protokolu imzalanıb

23.11.2023 19:49 2 310
Azərbaycan və Türkiyə parlamentləri arasında əməkdaşlıq Protokolu imzalanıb
“Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsi və Türkiyə Böyük Millət Məclisinin Qadınlar və kişilər üçün bərabər imkanların təmin edilməsi komissiyası arasında əməkdaşlıq Protokolu imzalanıb.

“Report” xəbər verir ki, sənədi Türkiyənin Ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaşın iştirakı ilə Milli Məclisin komitə sədri Hicran Hüseynova və TBMM komissiya sədri Çiğdem Erdoğan Atabek imzalaylblar.

Qeyd edək ki, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Türkiyə Respublikasının Antalya şəhərində “Qadın və kişilər üçün bərabər imkanların təmin edilməsi və qadınların səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən konfransda iştirak edib.

Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə keçirilən konfrans çərçivəsində “Qərarvermə mexanizmlərində qadınların iştirakı”, “Qadınların gücləndirilməsində və qadınlar və kişilər üçün bərabər imkanların təmin edilməsində təhsilin rolu”, “İş-həyat balansı və ailəyə uyğun siyasət və təcrübələr”, “İctimai və özəl sektorda qadınlar və kişilər üçün bərabər imkanların əldə edilməsində imkanlar və çətinliklər” və “Mediada qadın hüquqlarının və uğurlu hekayələrin təşviq edilməsi” mövzularında panel müzakirələr keçirilib. Panellərdə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) üzv ölkələrinin müvafiq komitələrindən parlamentarilər və digər ekspertlər üzv dövlətlərdə qadın və kişilər üçün bərabər imkanların təmin edilməsi və qadınların səlahiyyətlərinin artırılması məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova konfransın açılışında çıxış edib, Milli Məclisin sədri Sahibə Qafarovanın salamlarını və konfrans iştirakçılarına Azərbaycan tərəfinin mesajlarını çatdırıb. O, panellərin işinə qatılaraq müzakirə olunan mövzularla bağlı ölkəmizdə həyata keçirilən dövlət siyasəti, formalaşmış qanunvericilik bazası, əldə olunan nailiyyətlər və qarşıda dayanan vəzifələr haqqında ətraflı məlumat verib.скачать dle 11.3
Mojo.az Banner