Mojo.az — elanlar
Son Xəbərlər
20:16 Bəzi ərazilərdə su kəsiləcək  |     20:13 Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisi həbs olundu  |     19:39 Sabah iki rayonda qaz olmayacaq  |     19:34 Bakıda yeni mikrorayon salına bilər: Necə adlanacaq?  |     19:29 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Video  |     19:19 Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib  |     18:48 Repçi Navai Rusiyada cəzalandırılacaqmı? - Vəkildən açıqlama  |     18:33 Bakıda üç marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir  |     18:03 Məktəbdə şagirdlər arasında dava düşdü, biri xəstəxanalıq oldu  |     18:01 Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq  |     17:16 Xidmət yerini özbaşına tərk edən hərbçilər üçün yeni cəzalar müəyyənləşir  |     16:12 Ölkədə leysan olacaq, dolu düşəcək, qar yağacaq - Xəbərdarlıq  |     16:10 Xarici vətəndaşlara uzunmüddətli yaşamaq icazəsi veriləcək  |     16:06 Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video  |     14:26 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi  |     14:18 Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi  |     13:58 Təbii kürü adı ilə plastik məhsul satılır? – Bu səhvləri etməyin — Əlamətlər  |     13:55 Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlandı - Foto  |     13:42 Un və çörəyin qiyməti bu halda arta bilər – AÇIQLAMA  |     13:26 Bakı metrosu "Sabah"a görə xüsusi rejimdə işləyəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Dünyada hər üç dəqiqədən bir qadın...

25.11.2019 23:35 1 670
Dünyada hər üç dəqiqədən bir qadın...
"Bu gün dünyada hər 3 qadından biri nə zamansa zorakılıq qurbanı olub. Hər üç dəqiqədə bir isə bir qadın öldürülür. Bu kimi halların qarşısını almaq üçün BMT 1999-cu ilin 25 noyabr tarixini Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü kimi qəbul olunub. Statistika göstərir ki, bu qadınlar daha çox öz həyat yoldaşları tərəfindən zorakılığa məruz qalır. Belə ki, bu gün qadınların 68 faizi həyat yoldaşları, 11.9 faizi keçmiş həyat yoldaşı, 2.9 faizi isə keçmiş həyat yoldaşı tərəfindən zorakılığa məruz qalıb". Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün Gender Əsaslı Zorakılığa Qarşı 16 günlük Fəallıq Kampaniyasının açılış günündə çıxışı zamanı deyib.

UNICEF-in Azərbaycan Nümayəndəliyinin rəhbəri Edvard Karvardin isə zorakılıq törətmiş şəxslərə qarşı cavab tədbirlərinin görülməsindən söz açıb:

"Gənc qadınları zorakılıq qurbanlarının sığınacağında görmək, onların acılarını eşitmək dəhşətlidir. Ümumiyyətlə qadınlara qarşı zorakılıq ölkə üçün həm də iqtisadi zərbədir. Unutmamalıyıq ki, qadınlara qarşı zorakıllq həm də bütün cəmiyyətə qarşı zorakılıqdır. Biz 16 günlük fəallıq proqramı çərçivəsində cavab tədbirlərinin görülməsi istiqamətdində də addım atacağıq. Zorakılıq törətmiş şəxslər cəzasız qalmamalıdırlar. Qadınlara qarşı zorakılığın müasir Azərbaycanda yeri yoxdur".

Son xəbərlər